BAKU AZƏRBAYCAN
8°C
euro 1.8427
dollar 1.7000
rubl 0.0220
lirə 0.2563

“Genişzolaqlı mobil internetin gələcəyi: 5G və sonrası”

“Genişzolaqlı mobil internetin gələcəyi: 5G və sonrası”
İQTİSADİYYAT
17:06 05.12.2018
6728
Azercell şirkətinin prezidenti "Bakutel" sərgisi çərçivəsində NRYT Nazirliyinin təşkil etdiyi Xəzər İnnovasiya Konfransında iştirak edib 

AZXEBER.COM xəbər verir ki, ölkəmizdə "Bakutel-2018” 24-cü Azərbaycan  Beynəlxalq  Telekommunikasiya,  İnnovasiya  və Yüksək Texnologiyalar sərgi-konfransı çərçivəsində bu il ilk dəfə olaraq Xəzər İnnovasiya Konfransı keçirilib. Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə "Dayanıqlı İnkişaf naminə Rəqəmsal Bağlantı” mövzusunda keçirilən konfransda rəqəmli fərqliliyin azaldılması, xarici investisiyalar üçün rəqəmli bağlantı imkanlarının yenidən nəzərdən keçirilməsi və biznes səmərəliliyinin təmin edilməsi məqsədilə hökumət nümayəndələrini, sənaye liderlərini, tənzimləyici qurumların və beynəlxalq təşkilatların rəsmilərini, o cümlədən regionun ən böyük telekom və peyk operatorlarının rəhbərlərini bir araya gətirib. 

İKT sektorunun bütün iştirakçıları arasında səmərəli əməkdaşlıq imkanları, həmçinin müvafiq sahə üzrə çağırışların müzakirə olunması məqsədilə təşkil olunan konfransda "Azercell Telekom” MMC-nin prezidenti Vahid Mürsəliyev məruzəçi qismində çıxış edib. Şirkət prezidenti ölkəmizdə mühüm texnoloji tədbir hesab edilən "Bakutel” Beynəlxalq Sərgisi çərçivəsində təşkil olunan Xəzər İnnovasiya Konfransının əhəmiyyətini vurğulayaraq, tədbirin əsas təşkilatçısı kimi Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə öz minnətdarlığını bildirib. 

"Genişzolaqlı mobil internetin gələcəyi:5G və sonrası” mövzusunda çıxış edən Vahid Mürsəliyev Azercell-in LTE şəbəkəsi ilə bağlı ən son nailiyyətləri haqqında konfrans iştirakçılarına məlumat verib. "Hazırda strategiyamızın əsas məqsədi hər bir yerdə mobil rabitənin keyfiyyətini yaxşılaşdırmaq, regionlarda 4G şəbəkəsini genişləndirmək, ən son xidmətlər və yeni biznes həllərini təqdim etmək, yüksək-sürətli interneti dəstəkləyən sərfəli mobil cihazları bazara çıxarmaqdır. Bütün bunlar, mobil texnologiya vasitəsilə abonentləmizin gündəlik həyatını və işgüzar fəaliyyətini asanlaşdırmağa xidmət edəcəkdir" deyə Vahid M. vurğulayıb. İlin əvvəlindən texnoloji layihələrə və şəbəkəyə böyük yatırımların edildiyini bildirən şirkət prezidenti 2018-ci ilin əvvəlindən Azercell-in bazar payının 1% artaraq ümumilikdə 49%-ə çatdığını, Azercellin  şəbəkəyə yeni qoşulan abunəçilərin və cari ildə mobil internet istifadəçilərinin sayına görə də lider olduğunu qeyd edib.  

Şirkət prezidenti 5G şəbəkəsinin perspektivləri haqqında da konfrans iştirakçıları ilə öz fikirlərini bölüşüb. Hazırda dünyada mobil texnologiya bazarında böyük dəyişikliklərin  baş verdiyindən, infrastruktur layihələrin həyata keçirildiyindən, yeni standart naqilsiz rabitədə daha geniş zolaq, yüksək sürət, internetə rahat çıxış və əhatə dairəsi, enerjidən daha səmərəli istifadə və ən önəmlisi böyük əhəmiyyətə malik M2M və IoT (Əşyaların İnterneti) əlavələrdə istifadə olunan ultra-aşağı ləngimə (4G ilə müqayisədə 30 dəfə sərfəli) kimi müsbət yeniliklər vəd etdiyindən söz açıb. Yaxın vaxtlarda Virtual Reallıq və Genişləndirilmiş Reallıq kimi məlumata ac texnologiyaların istifadəyə veriləcəyi faktına əsaslanaraq, şəbəkələrin böyük həcmdə məlumatları ötürmək qabiliyyətinə malik olmalı olduğunu vurğulayıb. 

Vahid Mürsəliyev bildirib ki, 5G şəbəkəsi bazarda öz mövqeyini birdən-birə deyil, müəyyən müddət ərzində bərqərar edəcəkdir və Azercell də öz növbəsində, Azərbaycan rabitə bazarında təsdiq edilmiş yenilikçi kimi, hər zaman yeni texnologiyaları təqdim etməyə hazırdır. 

Tədbirdə Azərbaycan Respublikası Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirnin müavini Elmir Vəlizadə, Birləşmiş Millətlər Təşkilatının Asiya və Sakit Okean Regionu üzrə iqtisadi və sosial Komissiyasında İnformasiya və Kommunikasiya texnologiyaları və inkişaf bölməsinin rəhbəri Atsuko Okuda, "Cisko Systems” şirkətinin ölkələrin rəqqamsalaşdırılması üzrə Akselerasiya Proqramının qlobal əməliyyatlar direktoru Enriko Albertin , "Türk Telekom” İnternational şirkətinin baş icraçı direktoru Mehmet Toros, "Türkcell” şirkətinin baş icraçı direktoru Kaan Terzioğlu və digərləri mövzu ətrafında fikir mübadiləsi aparıblar. Qeyd edək ki, tədbirdə "Genişzolaqlı bağlantı”, "Süni intellekt”, "Əşyalar interneti”, "Elektron xidmətlər”, "İKT əsaslı startaplar və innovativ sahibkarlıq”, "Dördüncü Sənaye İnqilabı”, "Elmtutumlu istehsalat”, "Kiberhazırlıq” kimi mövzular da müzakirə olunub. Konfransın bundan sonra ənənəvi olaraq hər il "Bakutel” beynəlxalq sərgisi çərçivəsində təşkil olunması nəzərdə tutulur.

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

14:40 03.04.2020

Sabah da yağışlı hava olacaq

14:24 03.04.2020

Deputatın təşəbbüsü ilə #evdəqal #idmandanqalma devizi altında hədiyyəli aksiyaya start verilir

14:05 03.04.2020

Həkim işləyən sevgilisini öldürdü: “Mənə koronavirus yoluxdurub” - VİDEO

13:56 03.04.2020

BMT baş katibi: "Ən pis ssenariyə hazır olmalıyıq"

13:34 03.04.2020

Evdən çıxmaq üçün icazə alan vətəndaşların şəxsi avtomobillərindən istifadə qaydası müəyyənləşdi - RƏSMİ

13:28 03.04.2020

Evdən çıxmaq üçün icazə alan vətəndaş Bakının istənilən ərazisində işini görə bilər - RƏSMİ

13:12 03.04.2020

“Bir ailədən nə qədər adam çıxırsa, o qədər icazə alınmalıdır”

12:53 03.04.2020

Evdən çıxmağa icazə üçün SMS-lərə ən gec bir saata cavab veriləcək

12:46 03.04.2020

Prezident Bakı-Sumqayıt yolunun genişləndirilməsi çərçivəsində görülən işlərlə tanış olub - FOTOLAR

12:37 03.04.2020

“Vəziyyət təsəvvür edildiyindən qat-qat ciddidir” - Əli Əhmədov

12:20 03.04.2020

Nağdsız ödənişlərdən qazan və koronavirusla mübarizəyə dəstək ol!

12:15 03.04.2020

Azərbaycanda daha 6 nəfər koronavirusdan sağaldı

12:11 03.04.2020

Azərbaycanda daha 43 nəfərdə koronavirus aşkarlandı

12:08 03.04.2020

Mirşahin: "Ya indi 20 gün evdə olaq, ya da milçək kimi qırılacağıq!" — VİDEO

11:38 03.04.2020

Rusiyada son sutkada 601 nəfərdə koronavirus aşkarlandı - dörd nəfər öldü

11:19 03.04.2020

Vüsal Qasımlı: “İnvestisiya fəallığının artırılması böhranla mübarizədə ən effektiv yoldur”