“Gey-paradın “Eurovision” mahnı müsabiqəsinə heç bir aidiyyəti yoxdur”.Bu fikirləri “Eurovision-2012” İşçi Qrupunun rəhbəri və icraçı prodüseri Adil Kərimli deyib. Onun sözlərinə görə, heç vaxt “Eurovision” çərçivəsində bu cür tədbir keçirilməyib və bu il də keçirilməyəcək: ““Eurovision” mahnı müsabiqəsinin rəsmi tədbirlər siyahısında heç zaman gey-parad barədə bir şey olmayıb və bu gün də tədbirlər siyahısında belə şey yoxdur. Bu müsabiqəyə sözügedən paradın heç bir aidiyyəti yoxdur. Bundan öncəki illərdə biz təcrübəmizdə belə bir parada rast gəlməmişik. Nə Avropa Yayım Birliyindən, nə “Eurovision”un Bakıdakı İşçi Qrupundan bu günə qədər bununla bağlı bizə sual ünvanlanmayıb. Bir daha bəyan edirik ki, bu paradın müsabiqəyə heç bir aidiyyəti yoxdur və əgər kimsə kütləvi bir toplantı, hər hansı bir parad keçirmək istəyirsə, qanunlar çərçivəsində öz fəaliyyətlərini azad həyata keçirə və bununla bağlı həmin qurumlara müraciət edə bilərlər”.