Azərbaycan Gimnastika Federasiyasının mətbuat xidmətindən verilən məlumata görə, idman ustaları və ustalığa namizədlər arasında qaliblər müəyyən olunub.
Ustaların yarışlarında 1-ci yeri Bakı gimnastika məktəbinin təmsilçisi Elvin Ağadadayev (81,5 xal) tutub. Namizədlərin turnirində isə Eldar Səfərov qalib olub.
Qeyd edək ki, Azərbaycan çempionatında 53 gimnast iştirak edir. Turnirdə Bakı Gimnastika Məktəbinin və Respublika Olimpiya Ehtiyatı Liseyinin idmançıları ilə yanaşı, Sumqayıt və Balakən gimnastları da yarışırlar.