Giorgi Marqvelaşvili Azərbaycan prezidentinə zəng edərək başsağlığı verib

Giorgi Marqvelaşvili Azərbaycan prezidentinə zəng edərək başsağlığı verib
Bütün Xəbərlər
17:36 06.12.2015
1048

Dekabrın 6-da Gürcüstan prezidenti Giorgi Marqvelaşvili Azərbaycan prezidenti İlham Əliyevə telefonla zəng edib.

AZXEBER.COM məlumatına görə, Gürcüstan prezidenti “Günəşli” yatağındakı platformada baş vermiş yanğın nəticəsində insan tələfatı ilə bağlı dövlət başçısına, həlak olanların doğmalarına və yaxınlarına başsağlığı verib.

Azərbaycan prezidenti göstərilən diqqətə və başsağlığına görə minnətdarlığını bildirib.

OXŞAR XƏBƏRLƏR