Şimali Kiprin (ŞKTR) Girnə sahillərində 30 avqustda batan sərnişin gəmisindəki itkinlərin axtarışı işlərində daha bir nəfərin meyiti tapılıb.
"TRT Haber" xəbər verir ki, meyitin şəxsiyyətin müəyyənləşdirilməsi üçün DNT araşdırmasına başlanılıb.
Bununla da hadisədə həyatını itirənlərin sayı 19-a yüksəlib, itkin düşən 9 nəfərin axtarış işləri davam etdirilir.
Daha əvvəl - avqustun sonlarında Şimali Kiprin Girnə şəhəri sahillərində gəminin batması nəticəsində həlak olanların sayının 18 nəfərə çatdığı bildirilib.
///report///











































