"Google" axtarış sisteminin sahibi olan "Google" Inc şirkətinin səhmlərinin dəyəri oktyabrın 18-də 8 faiz azalıb. Bu, şirkət tərəfindən sentyabrın 30-da başa çatmış 2012-ci ilin üçüncü maliyyə rübünə dair hesabat dərc edildikdən sonra baş verib.Maliyyə hesabatı planlaşdırıldığından bir neçə saat əvvəl yayılıb. Belə ki, hesabatın hərraclar başa çatdıqdan sonra dərc ediləcəyi gözlənilsə də, səhvən əvvəlcədən açıqlanıb. Hesabata əsasən, üçüncü rübdə "Google"un mənfəəti 2,18 milyard dollar təşkil edib ki, bu da 2011-ci ilin həmin dövründə qeydə alınan nəticədən 550 milyon dollar azdır.Cari ilin ötən rübündə "Google"un xalis mənfəəti ötən ilin analoji dövrü ilə müqayisədə 11 faiz artaraq 2,79 milyard dollara çatıb. Hesabat dərc edildikdən sonra şirkətin səhmlərinin qiyməti kəskin azalıb. Birjada keçirilən hərraclar başa çatan zaman qiymətli kağızların dəyəri 695 dollara çataraq 8 faiz azalıb. Şirkətdən verilən məlumata görə, dərc edilən sənəd hesabatın layihəsi olub və tamamlanan zaman Google-un səhmlərinin hərracı Nasdaq birjasında başa çatmışdı. Sənədin vaxtından əvvəl dərc edilməsinin səbəbləri barədə şərh verilmir.Bununla belə, oktyabrın əvvəlinə olan məlumata görə, 2012-ci ilin yanvarından "Google"un səhmlərinin dəyəri 18 faiz yüksəlib, şirkətin qiyməti isə son beş il ərzində 34 faiz artıb.