Qəbir hasarlarının oğurlayan usta həbs edilib.
Goranboy rayonu Xanqərbənd kənd qəbirstanlığında 24 ədəd uzunluğu 52 metr olan qəbir hasarları oğurlanıb. Rayonun polis şöbəsinin apardığı əməliyyat tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən Gəncə şəhərinin Üzeyir Hacıbəyov küçəsi sakini Rafayıl Zeynalov saxlanılıb. Araşdırma zamanı bəlli olub ki, sözügedən şəxs qəbiristanlıqda qəbir daşı düzəldən usta kimi çalışır.Faktla bağlı cinayət işi açılıb, araşdırma davam edir.