Goranboyda minik avtomobili gölə aşdı

Goranboyda minik avtomobili gölə aşdı
HADİSƏ
09:08 10.07.2025
222
Goranboyda yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Ağcakənd-Börü yolunda qeydə alınıb.

Belə ki, Laçın rayon sakini 1999-cu il təvəllüdlü T. İsayev idarə etdiyi "Niva” markalı minik avtomobili ilə hərəkətdə olan zaman idarəetmədən çıxaraq yol kənarındakı gölə düşüb.

Məlumata görə gölə düşən avtomobilin sürücü hadisə yerindən yayınıb. Onun haqqında hələ ki, heç bir məlumat yoxdur.

Hadisə yerinə hüquq mühafizə orqanların əməkdaşları cəlb edilib.
 
/APA
OXŞAR XƏBƏRLƏR