Goranboyda “zapravka”nı partlatmaq istədilər

Goranboyda “zapravka”nı partlatmaq istədilər
Bütün Xəbərlər
15:18 05.01.2016
1312
Rıbkin tutulub.
Azərbaycanda yanacaqdoldurma məntəqəsini partladacağı ilə hədələyən şəxs yaxalanıb.
AZXEBER.COM-un Daxili İşlər Nazirliyinə istinadən verdiyi məlumata görə, hadisə Goranboy rayonu ərazisində baş verib.
Yanvarın 1-də Goranboy rayonunun Goran qəsəbəsində yerləşən yanacaqdoldurma məntəqələrindən birinə “VAZ-2107” markalı avtomobildə gəlmiş şəxs aldığı 30 litr yanacağın pulunu ödəməyib.
Habelə operator Cümşüd Babayevi məntəqəni partladacağı ilə hədələyərək, hadisə yerini tərk edib.
Goranboy RPŞ əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətmiş Mingəçevir şəhər sakini Andrey Rıbkin tutulub.
OXŞAR XƏBƏRLƏR