Bəzən dizaynerlər milyonçuların diqqətini cəlb etmək üçün qiymətli metalla, daş-qaşlarla bir-birindən maraqlı əşyalar hazırlayır.AZXEBER.COM "görməmişlik nümunələri”ndən" bəzilərini oxucularına təqdim edir.Qızıl iPadİngilis zinət əşyası dizayneri olan Stuart Huqes tərəfindən hazırlanıb. Qızılla texnologiyanın bir araya gətirildiyi bu məhsuldan sadəcə iki ədəd hazırlanıb. iPadın satış qiyməti isə 8 milyon 254 min dollardır.
Qızıl "İnfinity"24 əyarlı qızılla örtülən avtomobil Çində hazırlanıb. Beş sənətçinin maşını bu hala gətirməyinə 5 ay vaxt sərf edilib. Lakin sənədlərində problem olar avtomobil rəsmi orqanlar tərəfindən girov götürülüb.

Qızıl qələmKoreyalı Daisunq Kim tərəfindən ortaya çıxarılan qələm xaricdən çox nazik 24 əyarlı qızılla örtülüb. Qiyməti 20 min dollardır.

Ağ qızıl vannaYaponiyanın "INAX" şirkəti tərəfindən hazırlanan 24 əyarlıq qızıldan hazırlanan vannanın satış qiyməti 94 min dollardır.

Qızıl bardaqYaponiyalı Qinza Tanaka tərəfindən hazırlanan və 850 qram qızıldan olan pivə stəkanının qiyməti 50 min dollardır.

Qızıl tualet"Hang Fung Gold Technology" tərəfindən hazırlanan bu ev əşyası əsl sultanlara görədir. 24 əyarlı qızıldan hazırlanan tualet avadanlıqlarının çəkisi 1 tondur. Dizayner Lam Sai-vinq hazırladığı bu məhsulla bağlı maraqlı açıqlama verib. O, qızıl tualeti hazırlayarkən Leninin kommunizm dünyaya hakim olanda xalqın tualetlərinin belə qızıldan olacağı barədə fikrindən ilham alıb. 2001-ci ilə hazırlanan tualetin qiyməti 37 milyon dollardır.

Qızıl alt paltarıÇinli Zou Ningxin tərəfindən dizayn edilən qadın alt paltarı 458 qram qızıldan hazırlanıb. Satış qiyməti 1,9 milyon dollardır.

Qızıl hissəcikli likörBu işkinin içərisində qızıl hissəcikləri var. Fransız şirkəti tərəfindən Dubaydan olan bir müştəri üşün eksklüziv hazırlanıb. Likörün tərkibində spirt yoxdur.

Qızıl tabutİtaliyalı dizaynerlərin məhsulu olan tabut 24 əyarlı qızıldandır. Burada uyumağın dəyəri isə 400 min dollardır.