GUAM Bakıda toplantı keçirdi

GUAM Bakıda toplantı keçirdi
Bütün Xəbərlər
15:40 10.04.2012
880
Bu gün Bakıda Demokratiya və İqtisadi İnkişaf naminə Təşkilat-GUAM-ın Milli Əlaqələndiricilər Şurasının növbəti görüşü keçirilib.
Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən AZXEBER.COM-a daxil olan məlumata görə, görüşdə 2012-ci il üçün GUAM-ın Azərbaycan sədrliyinin prioritetləri müzakirə edilib. GUAM üzv dövlətləri arasında beynəlxalq təşkilatlar çərçivəsində əməkdaşlığın inkişaf perspektivləri, GUAM çərçivəsində sahəvi əməkdaşlıq istiqamətində mövcud vəziyyət, eləcə də “GUAM +” formatında sözügedən təşkilatın tərəfdaşları ilə münasibətləri ətrafında fikir mübadiləsi aparılıb.Görüşün sonunda iclasın yekunlarına dair Protokol imzalanıb.
OXŞAR XƏBƏRLƏR