Güclü yağan qar 2 nəfərin həyatına son qoydu

Güclü yağan qar 2 nəfərin həyatına son qoydu
Bütün Xəbərlər
10:38 08.01.2013
1136
Türkiyədə aramsız yağan qar ölkənin bir çox bölgəsində həyatı iflic vəziyyətinə salıb. İstanbul şəhərində qarlı və şaxtalı hava şəraiti nəqliyyatın işini çətinləşdirib. Sürüşkən yollar çoxlu sayda yol qəzasına səbəb olub. Bəzi bölgələrdə qarın hündürlüyü 20 santimetrə çatıb. Onlarla sürücünün saatlarla yolda qaldığı bildirilir. Meteoroloqlar şəhərdə temperaturun mənfi 9 dərəcəyə qədər düşdüyünü xəbər veriblər. Analoji vəziyyət Bolu, Malatya, Hakkari, Bursa və Ərzurum şəhərlərində də yaşanıb.
OXŞAR XƏBƏRLƏR