xari

"Gül Vüqar"ı öldürənə 18 il cəza kəsildi

HADİSƏ
15:43 16.10.2018
3041

Gül mağazalarının sahibini öldürməkdə ittiham edilən şəxs hakim qarşısına çıxarılıb.

Bakı Ağır Cinayətlər Məhkəməsində keçmiş müdirini öldürməkdə təqsirləndirilən Vüsal Novruzovun cinayət işi üzrə məhkəmə iclası keçirilib.

Hakim Rasim Sadıxovun sədrliyi ilə keçirilən məhkəmə iclasında hhökm oxunub.

Hökmə əsasən V.Novruzov 18 il müddətinə azadlıqdan məhrum edilib.

İttihamda görə, Vüsal çalışdığı mağazanın sahibi Vüqar Quliyevə qisas məqsədi ilə öldürüb. Belə ki, Vüsal mağazaya gələrək maşınını bəzətdirmək istəyən müştəriyə xidmət göstərməyib.

Mağaza sahibi Vüqar işçisi Vüsala "borzuluq eləmə" deyərək iradını bildirib. Vüsal işdən çıxdıqdan sonra keçmiş müdirinə zəng edib və görüş təyin edib. Mağazanın qarşısına gəlib və müdirinə deyib ki, mənə "borzu" deyərək səhv elədin. İttihamda göstərilir ki, Vüqar Quliyev dediyi sözdə israr etdiyinə görə Vüsal tərəfindən bıçaqlanıb. Vüsal Vüqarın qarın nahiyyəsinə 1 bıçaq zərbəsi endirib.

Vüsala Cinayət Məcəlləsinin xuliqanlıq niyyəti ilə adam öldürmə və qanunsuz olaraq soyuq silah saxlama maddələri ittiham irəli sürülüb

Elan olunmuş ittihamla Vüsal Novruzov özünü təqsirli bilməyib. Deyib ki, Vüqarı öldürmək niyyəti olmayıb. Hadisə baş verdiyinə görə də özünü qəsdən adam öldürmə maddəsi ilə təqsirli bilib.

Hadisə bu il may ayının 24-də baş verib. Sumqayıt şəhər sakini 1979-cu il təvəllüdlü Quliyev Vüqar Ənvər oğlu öz işçisi Vüsal Novruzov tərəfindən bıçaqlanıb. Vüqar Quliyev Sumqayıt şəhər Təcili Tibbi Yardım Xəstəxanasına çatdırılıb. Amma onun həyatını xilas etmək mümkün olmayıb.

İlkin məlumata görə mərhum Vüqar Quliyev Sumqayıtda gül biznesi ilə məşğul imiş və onun şəhərin bir neçə yerində gül dükanı olub. O, Sumqayıtda "Gül Vüqar” kimi tanınıb.

musavat.com

OXŞAR XƏBƏRLƏR

ƏN SON XƏBƏRLƏR

13:54 09.03.2021

Deputatlar yoxlamaların dayandırılmasına “hə” dedi

13:35 09.03.2021

"Azərbaycanın bütün məsələlərə strateji baxışı, yanaşması var"

13:32 09.03.2021

DİN-dən şou əhlinin restoranlarda karantin qaydalarını pozması ilə bağlı AÇIQLAMA

13:17 09.03.2021

Koronavirusa yoluxan atasını itirən Səlimin anası da vəfat etdi - "Mənim üçün artıq hər şey bitdi"

13:02 09.03.2021

Bakıda estetik əməliyyatlar edən klinika cərimələndi

12:59 09.03.2021

Azərbaycanda daha bir sabiq məmur HƏBS EDİLDİ

12:57 09.03.2021

Yaralanandan beş ay sonra şəhid olan hərbçimiz dəfn olundu

12:56 09.03.2021

Qanunu pozan bələdiyyələr - Nazir müavini Milli Məclisdə hesabat verdi

12:38 09.03.2021

"İstənilən Azərbaycan vətəndaşı öz soyadının sonluğunu milli sonluqla əvəz edə bilər"

12:37 09.03.2021

Gürcüstanda koronavirusa təkrar yoluxma qeydə alındı

12:27 09.03.2021

Ermənistan müxalifəti bu gün yenidən meydanlara çıxacaq

12:22 09.03.2021

Türkiyə və Özbəkistan XİN rəhbərləri Qarabağı müzakirə etdilər

12:10 09.03.2021

Milli Məclisin sədri Mehriban Əliyevanı təbrik etdi

12:09 09.03.2021

Saunaya gedən müştərilər həbs edildi, masajçılar cərimələndi - Video

12:07 09.03.2021

“Hazırda əhalini Operativ Qərargahın verəcəyi qərarlar düşündürür”

11:57 09.03.2021

Pasportlarda hicablı şəkilə icazə verilsin - Ombudsmandan təklif