Gülər Əhmədova beynəlxalq sempozyumda iştirak edəcək
Bütün Xəbərlər
02:19 18.04.2012
1272
Millət vəkili İstanbulda təşkil olunacaq beynəlxalq sempozyumda Yaxın Şərq mövzusunda məruzə ilə çıxış edəcək 20-22 Aprel tarixində Türkiyənin İstanbul şəhərində “Dəyişən dünyada vətəndaşlıq və demokratiya tədrisində yeni yöntəmlər və problemlər” mövzusunda beynəlxalq sempozyum təşkil olunacaq. Avropa Birliyi, Avropa Şurası, Mərmərə Universiteti və digər qurumlar tərəfindən düzənlənən bu beynəlxalq sempozyumun əsas məqsədi son illər sosial elmlər, vətəndaşlıq tədrisində meydana gələn yeni tendensiyalar və problemləri araşdırmaq, yerli və beynəlxalq siyasətdə baş verən prosesləri nəzəri cəhətdən təhlil etməkdir. Sempozyumun elmi şurasında Türkiyənin müxtəlif universitetlərindən, habelə ABŞ-ın Pensilvaniya Dövlət Universiteti, Missuri Universiteti, Florida Beynəlxalq Universiteti, Şərqi Miçiqan Universiteti, Ohayo Dövlət Universiteti, Böyük Britaniyanın Layçaster Universitetinin professor və müəllim heyəti təmsil olunub. Mərmərə Universitetində baş tutacaq bu nüfuzlu tədbirdə Azərbaycandan da iştirakçıların çıxışları gözlənilir. Beynəlxalq sempozyumda Respiblika Uşaq Təşkilatının sədri, millət vəkili Gülər Əhmədova da məruzə ilə çıxış edəcək. “Orta Doğuda küresel eğitimin vatandaşlık aşamaları” adlı məruzə ilə çıxış edəcək Gülər Əhmədova son zamanlar Yaxın Şərq ölkələrində cərəyan edən proseslərə toxunacaq, Yaxın Şərq ölkələrində qlobal təhsilin forlamaşmasının mərhələlərini analiz edəcək. Konfransla bağlı millət vəkilinin də fikirlərini öyrənməyə çalışdıq. Türkiyənin nüfuzlu Mərmərə Universiteti tərəfindən bu beynəlxalq elmi sempozyuma dəvət aldığını bildirən Gülər Əhmədova 21 Aprel tarixində sempozyumda çıxış edəcəyini bildirdi: “Bu sempozyumda iştirakım mənim üzərində çalışdığım doktorluq dissertasiyamın tərkib hissəsidir. Belə ki, doktorluq dissertasiyamın mövzusu siyasi psixologiyaya aid olduğundan adətən bu istiqamətdə təşkil olunan beynəlxalq elmi konfrans və sempozyumlarda iştiraka üstünlük verirəm. Mərmərə Universitetində isə Yaxın Şərq ölkələrindən danışacam, bütün dünyanın gözü qarşısında baş verən hadisələrə, inqilab və vətəndaş qarşıdurmalarına baxış acımı ortaya qoyacam.”