Gülər Əhmədova 'Bizim yol'dan şikayət etdi

Gülər Əhmədova
MEDİA
08:45 18.07.2012
1945
Milli Məclisin deputatı Gülər Əhmədova “Bizim yol” qəzetindən Mətbuat Şurasına şikayət edib.“Mərkəz”in məlumatına görə, millət vəkilinin Mətbuat Şurasına müraciətində “Bizim yol” qəzetinin peşə davranışı qaydalarını pozduğu, onun şərəf və ləyaqətini, işgüzar nüfuzunu aşağıladığı qeyd olunub.Gülər Əhmədova onu da bildirib ki, qəzet redaksiyası ilə problemi danışıqlar yolu ilə həll etməyə çalışsa da, qarşı tərəf bunun üçün heç bir istək nümayiş etdirməyib. “Mənim və qəzetin nümayəndələrinin arasında böhtan xarakterli məlumatların təkzib edilməsi barədə şifahi razılıq əldə olunsa da, qəzet öz adından təkzibi dərc etmək əvəzinə mənim redaksiya ilə əlaqə saxladığımı yazıb. Bununla da “Bizim yol” qəzeti problemin öz aramızda həll olunması barədə razılaşmanın şərtlərini pozub”, – müraciətdə qeyd olunur.
OXŞAR XƏBƏRLƏR