Gülər Əhmədova danışdı - MƏTN

Gülər Əhmədova danışdı - MƏTN
Bütün Xəbərlər
15:17 09.10.2012
3478
Hörmətli KİV və ictimaiyyət nümayəndələri! Son günlər bir sıra mətbuat orqanlarında mənim deputat mandatımdan könüllü imtina etməyimdən sonra həqiqətə uyğun olmayan informasiyalar dərc edilməkdədir. Bütün yazılanlara aydınlıq gətirmək məqsədilə mən, Gülər Mikayıl qızı Əhmədova bildirirəm ki, heç vaxt “Məndə də videolar var, yaya bilərəm” məzmunlu açıqlama verməmişəm. Mənə israrla zəng edən jurnalist xanıma bildirmişəm ki, bir vaxtlar bəzi qəzet baş redaktorları, habelə jurnalistləri barədə də videolar yayılanda “Mərkəz” qəzeti və saytı olaraq, həmin videoları dərc etməmişik. Həmin videoları yaya bilərdik, amma bunu etməmişik. Jurnalist xanım mənim bu açıqlamamı kontektsdən çıxardaraq, bilərəkdən və ya bilməyərəkdən təhrif etmiş və ictimaiyyətə yalnış formada təqdim etmişdir. Daha sonra digər resurslar bu yalnış informasiya üzərində təməli səhv analizlər aparmağa başlamışlar. Mən barəmdə yazılan həmin açıqlamanı qəti şəkildə təkzib edirəm.Etiraz etdiyim digər məsələ isə mənsub olduğum Yeni Azərbaycan Partiyasının rəhbər şəxsi ilə mənim aramdakı münasibətləri qəsdən pozmaq cəhdidir. Belə ki, mən özümə məxsus Facebook sosial şəbəkəsindəki səhifəmdə zarafatyana və sırf dostlarımla müzakirə aparmaq məqsədilə bir şeir paylaşmışdım. Bu, sadəcə bir şeir idi və heç bir şəxsə və ya şəxslərə, habelə quruma və ya təşkilata ünvanlanmayıb. Çox təəssüf edirəm ki, yenə də yuxarıda adını çəkdiyim həmin qəzet mənim Facebook sosial şəbəkəsində paylaşdıqlarımı yalnış istiqamətə yozaraq ictimaiyyətdə barəmdə qərəzli münasibət formalaşdırmağa çalışmışdır. Bir daha bütün KİV və ictimaiyyət nümayəndələrini əmin edirəm ki, Facebook sosial şəbəkəsində paylaşdığım fikirlər bir vətəndaş kimi dostlarımla müzakirə aparmaq məqsədi daşıyır və heç bir alt məna kəsb etmir.Mən mənsub olduğum Yeni Azərbaycan Partiyasına və onun nizamnamə və məramnaməsinə sadiqəm və həmişə də sadiq qalacam. İstintaq getdiyindən heç bir açıqlama verməmək qərarına gəlmişəm və hər hansı açıqlamanın istintaqın gedişinə təsir edəcəyini düşünürəm. Odur ki, bütün jurnalistlərdən, KİV nümayəndələrindən xahiş edirəm ki, məndən hər hansı açılqlama almaq istəklərini istintaqın bitməsinə qədər saxlasınlar və barəmdə yazılan şayiələri xəbərə çevirib ictimaiyyətin və istintaqın fikrini yalnış istiqamətə yönəltməsinlər. Anlayışınız üçün təşəkkür edirəm.Gülər Əhmədova
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
15:46 17.06.2025
“Unibank” səhiyyə işçiləri üçün xüsusi kampaniya keçirir: 0 % komissiyalı kredit
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
15:44 17.06.2025
“Skytrax” AZAL-ı yenidən Mərkəzi Asiya və MDB-nin ən yaxşı regional aviaşirkəti elan etdi
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
15:42 17.06.2025
Qaraçuxurda narkokuryerlik edən şəxsdən 3 kq marixuana aşkarlandı
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
15:35 17.06.2025
ÜST: Qəzza xəstəxanalarında 2 milyon əhali üçün cəmi 1500 çarpayı var
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
15:33 17.06.2025
Xalq artisti Fidan Qasımovanın doğum günüdür
Bu şənbə rəsmi iş günüdür
15:18 17.06.2025
Bu şənbə rəsmi iş günüdür
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
15:10 17.06.2025
"Bakı–Qazax qatar biletlərinin qiymətində xoşagələn vəziyyət yoxdur" - O pula Budapeştdən Vyanaya getmək olar (RƏY)
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
14:55 17.06.2025
Kreml: Moskva İrandan rusiyalıların təxliyəsində göstərdiyi köməyə görə Bakıya minnətdardır
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
14:53 17.06.2025
"Haber Global": "Türkiyə ilə Azərbaycan arasındakı dostluq və qardaşlıq hədəfə alınır"
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
14:37 17.06.2025
Naftalanda Qərbi Azərbaycan ziyalıları ilə görüş keçirilib - FOTOLAR
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
14:34 17.06.2025
Azərbaycandan İsrail rəhbərliyinə - Mesaj
Azərbaycan əhalisinin sayı açıqlandı
14:31 17.06.2025
Azərbaycan əhalisinin sayı açıqlandı
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
14:28 17.06.2025
PRoMete bir illik fasilədən sonra yeni trekini təqdim edib - AUDİO
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
14:16 17.06.2025
Sabiq məmurların məhkəməsinə şahidlərdən biri məcburi gətiriləcək
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
14:06 17.06.2025
20 ölkə İsrail və İranı atəşkəsə ÇAĞIRIR
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi
14:02 17.06.2025
Rus bölməsi üzrə birinci sinfə qəbulla bağlı seçimlərə start verildi