Dekabrın 17-də Azərbaycan Milli Məclisinin keçmiş üzvü Gülər Əhmədova həbs olunub.
AZXEBER.COM-un məlumatına görə, bu barədə Lent.az-a daxil olan məlumatı onun ailəsindən təsdiqləyiblər. Məlumatda bildirilib ki, G.Əhmədova saat 22 radələrində evində həbs edilərək aparılıb.
Hadisənin təfsilatlarını dəqiqləşdirməyə çalışırıq.
Qeyd edək ki, aznews.az saytının yaydığı ilk məlumatda G. Əhmədovanın ölkəni tərk etmək istəyərkən, Qazax rayonundakı keçid məntəqəsində saxlanıldığı bildirilmişdi.