Gülər Əhmədova insult olmayıbmış – RƏSMİ AÇIQLAMA

Gülər Əhmədova insult olmayıbmış – RƏSMİ AÇIQLAMA
Bütün Xəbərlər
11:35 29.09.2012
1468
Millət vəkili Gülər Əhmədovaya insult diaqnozu qoyulmayıb. Bu barədə Bakı şəhər Təcili və Təxirəsalınmaz Tibbi Yadım Stansiyasının baş həkimi Mürsəl Həmidov bildirib.Onun sözlərinə görə, ötən gün Gülər Əhmədovanın səhhəti ilə bağlı stansiyaya iki dəfə çağırış edilib, həkimlər çağırışa gedib.Üçüncü dəfə isə saat 17.17-də stansiya tərəfindən G. Əhmədovanın evinə həkim göndərilib: “Birinci çağırışda Gülər Əhmədovaya beyin-qan dövranının keçib gedən pozulması, sonuncu dəfə isə ona gərginlik fonunda gedən nevrotik reaksiya diaqnozu qoyulub. Gülər Əhmədovanın yanından gələn həkim onda heç bir insult əlamətinin olmadığını qeyd edib”.APA
OXŞAR XƏBƏRLƏR