bir müddət Facebook sosial şəbəkəsində aktiv fəaliyyətinə ara verən sabiq millət vəkili Gülər Əhmədova son günlər yenidən statuslar yazmağa başlayıb.
Eks-deputat noyabrın 25-də Facebook dostlarına bir çağırış ünvanlayıb. Gülər xanım virtual dostlarını 1 dekabr 2012-ci il tarixində, saat 15:00-da Park Bulvar ticarət mərkəzinə dəvət edib. ”Park Bulvarın birinci mərtəbəsində yerləşən “Əli və Nino” mağazasında Əhməd Şahidovun "Sevdiyim qadın" romanının təqdimatı keçiriləcək. Mən də orada olacam. Hamınızı dəvət edirəm. Gəlin, orada görüşək, kitab bayramında... Sizin Gülər Əhmədova”,- deyə sabiq deputat paylaşım edib. Modern.az bildirir ki, ”Mən mütləq gələcəm bu tədbirə...”-deyə qeyd edən Gülər Əhmədova bununla kitabsevərləri Əhməd Şahidovun tədbirinə səsləyib. Qeyd edək ki, Əhməd Şahidov Gülər Əhmədova deputat olduğu müddətdə onun köməkçisi vəzifəsində işləyib. Gənc yazar Əhməd Şahidovun “Sevdiyim qadın” romanı Milli Kitab Mükafatına təqdim olunub. Sevgidən bəhs edən bu romanın süjet xətti məhəbbətdən bəhs edir: romanın əsas qəhrəmanı Eyvaz gənc kəşfiyyatçı, eyni zamanda bacarıqlı alim və şairdir. Özündən 5 yaş böyük, Humay adlı kübar bir qadına aşiq olan gənc Eyvaz bütün karyerasını atıb, Moskvadakı işindən ayrılıb Bakıya qayıdır. Bakıda onu bir-birindən maraqlı macəralar gözləyir. Əsərdə romantik sevgi, ehtiras, xəyanət, rəqabət və həyat gerçəklikləri bir-birini əvəz edir. Romanda erotik məqamlar və gərginlik maraqlı dillə təsvir olunub.