Gülər Əhmədova 'od püskürdü': 'Xəbərim var, sizə kim sifariş verir'

Gülər Əhmədova
Bütün Xəbərlər
10:35 20.11.2012
2904
“Yeni Müsavat” qəzeti keçmiş deputat Gülər Əhmədova ilə telefonla danışıb. 
AZXEBER.COM həmin müsahibəni təqdim edir: 
- Gülər xanım, neçə dəfədir sizə zəng edirik, istirahət etdiyiniz deyilir. Səhhətiniz necədir? 
- Səhhətim yaxşıdır, narahat olmayın.
- Ölkəni tərk etməyinizlə bağlı xəbərlər dolaşır mətbuatda... 
- Ölkədən gedə bilmərəm mən.
- Niyə? İstintaq imkan vermir? 
- Xeyr. Nə istintaq? Mən cinayətkaram ki, ölkədən çıxmağıma imkan verilməsin? Üstümdə qətl var? Adam öldürmüşəm?
- Mətbuatda yazılmışdı sizin ölkədən çıxmağınız... 
- Mətbuat yazmır, özündən istehsal edir. Şər-böhtan uydurur.
- Biz də buna münasibətinizi öyrənmək istəyirik. 
- İki aydır yayımlanıb o video. Amma ondan sonra 40 video çıxsa da siz yenə məndən yazacaqsınız. Fasiləsiz şərh verirsiniz, rəy yazırsınız. O videodan sonra neçə video çıxdı, niyə yenə məni narahat edirsiniz?
- O çıxan videolardan da yazdıq hər gün... 
- Xeyr, bir gün yazdınız. Sonra yenə başladınız Gülər Əhmədova elə oldu, xəstələndi, ölkədən çıxdı...
- Təkcə biz yazmırıq ki... Sizin ölkədən getməyinizlə bağlı xəbəri modern.az saytı da yazmışdı... 
- Hər ikinizi məhkəməyə verəcəyəm - modern.az-ı da, sizin qəzeti də.
- Məlum rüşvət videosu ilə bağlı istintaqa ifadə vermisinizmi? 
- Sizə nə var?
- Mən jurnalistəm, ona görə bilmək haqqımdır. 
- Jurnalistsiz, gedin Respublika Prokurorluğundan soruşun ki, Gülər Əhmədova istintaqa çağırılıbmı, ifadə veribmi. Əsas cinayətkar Fransada oturub. Amma mən bilirəm siz niyə belə edirsiniz. Xəbərim var, sizə kim sifariş verir. Sizə sifarişi verirlər, siz də həmin yazıları yazırsınız. Elə bilməyin ki, camaat çörəyi qulağına yeyir.
- Elşad Abdullayevin yaydığı son video ilə bağlı nə düşünürsünüz? Orda da hakim ifşa olunur... 
- Mən sizin heç bir sualınıza cavab verməyəcəyəm. Gedin yazın ki, mən sizin sifariş əsasında işlədiyinizi bilirəm. Sizə sifariş verirlər, siz də yazırsınız. Bunu yazın, qoy camaat oxusun. Bilməyənlər də bilsin.
OXŞAR XƏBƏRLƏR