“Bütün telekanallar uşaq verilişləri ilə bağlı məsələlərə diqqət yetirməlidirlər. Birinci növbədə onlar uşaq verilişlərinin sayını artırmalıdırlar”. Bu sözləri modern.az saytına açıqlamasında deputat Gülər Əhmədova son günlər telekanallarda uşaq verilişlərinin sayının azalmasına münasibət bildirərkən deyib.