Gülər Əhmədovanın anası xəstəxanaya qaldırıldı

Gülər Əhmədovanın anası xəstəxanaya qaldırıldı
Bütün Xəbərlər
01:02 19.01.2013
1309

Adı Elşad Abdullayevin yaydığı rüşvət videolarında keçən,daha sonra sövdələşmənin digər iştirakçısı Sevinc Babayevanınmüəmmalı ölümü ilə bağlı yeni ittihamlarla üzləşənsabiq deputat Gülər Əhmədovanın anası xəstəxanaya düşüb.

 Musavat.com-a daxil olan məlumata görə, sabiq deputatın anası Səriyyə Əliyeva Akademik M.Ə.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutuna yerləşdirilib. Onun ürəyində problemlərin olduğu bildirilir. Gülər Əhmədovanın ailəsinə yaxın mənbələr bildirir ki, onunla bağlı son aylarda yaşananlar anasının səhhətinə mənfi təsir göstərib.

Qeyd edək ki, Gülər Əhmədovanın anası indi müalicə olunduğu Akademik M.Ə.Topçubaşov adına Klinik Cərrahiyyə Elmi-Tədqiqat İnstitutunda tibb bacısı işləyir.

OXŞAR XƏBƏRLƏR