Gülər Əhmədovanın dairəsində seçki nə vaxt keçiriləcək?

Gülər Əhmədovanın dairəsində seçki nə vaxt keçiriləcək?
Bütün Xəbərlər
13:08 05.11.2012
1292

Mərkəzi Seçki Komissiyası Gülər Əhmədovanın deputat mandatını alandan sonra 34 saylı Xətai ikinci seçki dairəsi deputatsız qalıb. Həmin dairədə seçki keçirilməsi məsələsi də hələ ki rəsmi şəkildə gündəmə gətirilməyib. Milli Məclisdə Gülər Əhmədovanın boş qalan yerinə 34 saylı Xətai ikinci seçki dairəsi üzrə seçkilərin keçirilib-keçirilməyəcəyinin hələ məlum olmadığını bir müddət öncə Mərkəzi Seçki Komissiyasının sədri Məzahir Pənahov da bildirmişdi.

M.Pənahov demişdi ki, boş qalan deputat yerinə seçki keçirilməsi zərurəti yaranarsa, MSK-nın iclasında bununla bağlı qərar verilə bilər. MSK-nın keçmiş üzvü Gülağa Aslanlı isə dünən “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, hər hansı dairə bu və ya digər səbəbdən deputatsız qalırsa, həmin andan orada yeni deputat seçkisinin keçirilməsinə və deputatın müəyyənləşdirilməsinə zərurət yaranır. Odur ki, 34 saylı dairədə də seçki mütləq keçirilməlidir: “Ən geci 6 ay ərzində Mərkəzi Seçki Komissiyası boş qalan dairədə seçki keçirilməsini təmin etməlidir. Qanunun tələbinə əməl olunmalıdır”.

34 saylı dairədə seçki keçiriləcəyi halda Müsavat Partiyasının iştirak edib-etməyəcəyinə gəlincə, G.Aslanlı dedi ki, həmin dairədə seçkilər təyin olunmadığı üçün məsələ Müsavatda müzakirə edilməyib.
OXŞAR XƏBƏRLƏR