“Azərbaycanın Ümummilli Lideri Heydər Əliyev Azərbaycan-Pakistan münasibətlərinin banisidir” sözləri ilə başlayan yazıda jurnalist Azərbaycanın cənubi Qafqazda lider ölkə olduğunu, Pakistanın Azərbaycanın müstəqilliyini tanıyan ikinci ölkə olduğunu qeyd etmiş, Dağlığ Qarabağ probleminə də toxunmuşdur.
Raca Mahmud Batti Milli Məclisinin deputatı ilə müsahibəsində Azərbaycan haqqında, ölkəmizin xarici siyasətinin prioritetləri, Pakistan-Azərbaycan münasibətlərinin hazırkı durumu, Azərbaycanda uşaqlara göstərilən qayğı ilə bağlı suallar vermişdir.
“Diplomatic Star” jurnalının baş redaktorunun suallarını cavablandıran millət vəkili Azərbaycanın tarixinə qısa ekskurs etmiş, Dağlığ Qarabağ probleminin məqamları, ölkəmizin dinamik inkişafı və Bakıda keçirilmiş “Eurovisiion-2012” mahnı müsabiqəsinin əhəmiyyəti barədə Pakistan oxucularına ətraflı məlumatlar vermişdir. Gülər Əhmədova dövlətimizin qonşu ölkələr, regionun və dünyanın aparıcı dövlətləri ilə balanslaşdırılmış xarici siyasət apardığını qeyd etmişdir.
Daha sonra, Milli Məclisin deputatı Gülər Əhmədova Ümummilli Lider Heydər Əliyevin Azərbaycan-Pakistan münasibətlərinin banisi olduğunu qeyd edərək, 1996-ci ildə onun İslamabada etdiyi rəsmi səfəri zamanı ölkələrarası əlaqələrin hüquqi bazasını yaratdığını bildirmişdir.
Müsahibəsinin böyük bir hissəsini Azərbaycan dövlətinin uşaqlara ayırdığı qayğısına həsr edən Gülər Əhmədova məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra bu istiqamətdə hüquq-normativ bazasının yaradıldığı bildirmişdir. Sonra o, Ümummilli Liderin layiqli davamçısı olan cənab İlham Əliyevin Azərbaycan uşaqları üçün geniş-miqyaslı tədbirlər həyata keçirtdiyini qeyd etmişdir.
Millət vəkili Gülər Əhmədova Azərbaycanın Birinci xanımı, UNESCO və İSESCO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın Azərbaycan və xaricdə gördüyü işlərdən geniş məlumat vermiş, onun uşaqlara əsl ana qayğısı ilə yanaşdığını da vurğulamışdır. Fondun məktəblər, uşaq evləri, bağçalar inşa etdiyini qeyd edən Gülər Əhmədova Pakistanın daim Heydər Əliyev Fondunun diqqət mərkəzində olduğunu, Müzəffərabad şəhərində qızlar məktəbinin inşa edildiyini, Pakistanın bütün əyalətlərində səhiyyə və humanitar layihələr icra etdiyini vurğulamışdır.
Daha sonra millət vəkili rəhbərlik etdiyi Respublika Uşaq Təşkilatının fəaliyyətindən, yetim, əlil və qaçqın uşaqlara qayğısından, hər il təşkil etdiyi yay düşərgələrindən bəhs etmişdir. Gülər Əhmədova təşkilat tərəfindən təşkil olunan “Uşaqları öldürməyin!” və “Qarabağın gənc səfirləri” kampaniyalarının məqsədinin dünya ictimaiyyətinin diqqətini erməni vəhşilikləri ilə üzləşmiş Azərbaycan uşaqlarının problemlərinə cəlb edilməsi olduğunu bildirmişdir. Deputat 8 yaşlı Fariz Bədəlovun erməni snayperi tərəfindən öldürülməsinin dözülməz fakt olduğunu xüsusi vurğulamışdır.
Məqalənin tam mətnini aşağıdakı linkdən oxumaq mümkündür.
https://www.diplomaticstar.com/magazine/the-first-lady-of-azerbaijan-mrs-mehriban-aliyeva-safeguarding-azerbaijani-children.html