Gülər Əhmədovanın saxlanma səbəbi məlum oldu

Gülər Əhmədovanın saxlanma səbəbi məlum oldu
Bütün Xəbərlər
10:20 18.12.2012
2913
Sabiq deputat ölkədən çıxmasına qadağa qoyulub, qadağanın pozulmasına cəhdlə əlaqədar o polisə təhvil verilibXəbər verildiyi kimi, sabiq deputat Gülər Əhmədova dünən polis tərəfindən saxlanılıb. Lakin bu saxlanılmanın səbəbləri barədə heç bir məlumat verilmirdi.AZXEBER.COM xəbər verir ki, bu gün səhər sabiq deputatın saxlanılması məsələsinə tam aydınlıq gətirilib. Belə ki, hüquq-mühafizə orqanlarından Milli.Az-a bildirildi ki, Gülər Əhmədova ötən gün Qazax rayon ərazisində sərhədi keçmək istəyərkən “SOS” siqnalına düşüb. Onun barəsində hazırda istintaq aparıldığından ölkəni tərk etməməklə bağlı qərar var.Ona görə də G.Əhmədovanın ölkədən çıxmasına icazə verilməyib və saxlanılaraq hüquq-mühafizə orqanlarına təhvil verilib.
OXŞAR XƏBƏRLƏR