Güləş yığmamızın baş məşqçisi idmançıların aksiyasından danışdı

Güləş yığmamızın baş məşqçisi idmançıların aksiyasından danışdı
TOP4
10:54 29.07.2017
4995
"Azərbaycan güləş üzrə yığma komandalarının üzvlərinin etiraz aksiyası ilə bağlı xəbərlər bizim tərəfimizdən böyük narahatlıqla qarşılandı. Belə bir hadisənin baş verməsinə təəssüf edirəm, çünki bütün bunlar hər şeydən öncə Azərbaycan adına yaraşmayan bir haldır. Üstəlik, əgər söhbət Olimpiya Oyunları, dünya və Avropa çempionlarının qalib və mükafatçılarının iştirakı ilə baş verirsə".

AZXEBER.COM-un məlumatına görə, bu fikirləri sərbəst guləş üzrə böyüklərdən ibarət Azərbaycan yığma komandasının baş məşqçisi Firdovsi Umudov bildirib. O, sosial şəbəkədə yazdığı statusda qeyd edib ki, mətbuatda gedən bu xəbərlər mütləq şəkildə ölkə hüdudlarından kənara çıxacaq və Vətənimiz haqda xoşagəlməz söhbətlərin yaranmasına səbəb olacaq: 

"Belə də oldu. Artıq ölkəmizi sevməyən, düşmənlərimizdən maliyyələşən bəzi mətbu qurumlar bu hadisədən öz şəxsi məqsədləri üçün istifadə etməyə başlayıblar. Qan-tər tökərək dövlətimizin adını ucaltmaq üçün min bir əziyyətə qatlaşan həmin idmançılar bundan sonra etdiklərindən peşmançılıq hissi keçirsələr də, artıq olan oldu. Sonrakı peşmançılıq isə fayda verməz”.

F.Umudov bildirib ki, dövlətimizin idmana olan diqqət və qayğısının nəticəsi olaraq Azərbaycan Güləş Federasiyası ölkəmizin hər zaman ən öndə gedən idman qurumlarından biri kimi özünü doğruldub: 

"Bu vaxta qədər Olimpiya Oyunları, dünya və Avropa çempionatları və birincilikləri, Dünya Kuboklarında əldə olunan uğurlu nəticələr söylədiyim fikirləri sübut edir. Bütün bu uğurlarda isə federasiya prezidenti cənab Fazil Məmmədov və 1-ci vitse-prezident, Dünya Güləş Birliyinin İdarə Heyətinin üzvü Namiq Əliyevin böyük rolu var. Etiraz edən idmançılar yəqin ki bu şəxslərin hər zaman onların yanında olmalarını, ailə-məişət problemlərinin, ən kiçik çatışmazlıqlarının məhz bu şəxslər tərəfindən həll olunmasını unutmayıblar. 

Üstəlik London və Rio Olimpiya Oyunları, Bakı-2015 ilk Avropa Oyunları və Bakı-2017 4-cü İslam Həmrəyliyi Oyunlarından sonra dövlət başçısı cənab İlham Əliyevin tapşırığı ilə mükafat qazanan idmançıların hər birinə ayrılan mükafat dərhal verilib. Bu səbəbdən gələn ay keçiriləcək dünya çempionatı öncəsi belə bir halın yaşanması olduqca böyük təəssüf doğurur”.

F.Umudovun fikrincə, etiraz etmək vəziyyətdən çıxış yolu deyil, çıxış yolu ortaya çıxan problemlərin birlikdə həll olunmasına çalışmaqdır: "Biz dövlətimizin əsgəriyik, mükafat olsa da, olmasa da, Azərbaycanımızla, bayrağımızla, dövlətimizlə fəxr etməliyik. Ola bilər ki, müəyyən problemlər ortaya çıxsın, amma gərək yaxın keçmişi də unutmayasan. Biz bütün çətinliklərə dözməli və yeni qələbələr haqqında fikirləşməliyik. İnanıram ki, yaxın gələcəkdə bütün problemər öz həllini tapacaq”.

Qeyd edək ki, ötən gün Azərbaycan güləşçiləri qarşılaşdıqları problemlər və şəraitsizliklə bağlı açıq havada brifinq keçiriblər.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
23:01 08.06.2026
Bakıda şagirdin saçı qırxıldı - Dərsdə saqqız çeynədiyinə görə - VİDEO
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
22:56 08.06.2026
Arazda batan 11-ci sinif şagirdinin axtarışları davam edir: Suyun səviyyəsi endirildi
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
22:53 08.06.2026
Vurulan gəmidə olan azərbaycanlıdan hələ də xəbər yoxdur: Yaxınları DANIŞDILAR - VİDEO
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
22:48 08.06.2026
Qəbul imtahanında gözlənilməz mənzərə: kənarlaşdırılanlar arasında müəllim var
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
22:42 08.06.2026
Azərbaycan və Suriya arasında ilk konsulluq məsləhətləşmələri keçirilib
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
22:40 08.06.2026
Amsterdamda “Qırmızı bağ” filmi nümayiş etdirildi - VİDEO
Bakının iki rayonunda işıq kəsiləcək
22:37 08.06.2026
Bakının iki rayonunda işıq kəsiləcək
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
22:26 08.06.2026
Avtobusa minənləri SEVİNDİRƏN QƏRAR - Yeni qaydalar açıqlandı
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
22:16 08.06.2026
Pensiya və sosial müvinətlərlə bağlı ŞAD XƏBƏR
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
22:08 08.06.2026
Paytaxtın bu ərazilərində qaz kəsiləcək
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
22:00 08.06.2026
DÇ-2026: Türkiyənin oyunları bu saatda başlayacaq - TƏQVİM
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
21:52 08.06.2026
Pulsuz təhsil alan məzunlar işləməyə regionlara göndərilə bilər - AÇIQLAMA
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
21:47 08.06.2026
"Yaxşı edib üstünə sürürəm, ağıllı ol" - İşıqforda başlayan dava qəza ilə bitdi - VİDEO
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
21:37 08.06.2026
Həftənin dörd şanslı BÜRCÜ: Pul sel kimi axacaq
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
21:34 08.06.2026
Toyları səhv salıb yarım saat pulsuz oxudu - Video
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı
21:22 08.06.2026
İran hava məkanındakı bütün uçuş məhdudiyyətləri aradan qaldırıldı