Güləşçilərimiz Bolqarıstanda 5 medal qazandı

Güləşçilərimiz Bolqarıstanda 5 medal qazandı
Bütün Xəbərlər
12:54 18.02.2013
910
Bolqarıstanın Plovdiv şəhərində Dan Kolov və Nikola Petrovun xatirəsinə keçirilən 51-ci beynəlxalq turnir başa çatıb.AZXEBER.COM-un məlumatına görə, turnirdə komandamız 3 qızıl, 2 bürünc medal qazanıb.51 kq məki dərəcəsində təmsilçimiz Patimat Baqomedova keçirdiyi bütün görüşləri qələbə ilə başa vurub və turnirin baş mükafatını qazanıb. Onun rəqibləri bolqar, rumın və türkiyəli güləşçilər olublar.55 kq çəki dərəcəsində Yarina Dubovska görüşdə bolqar, rumin və moldav güləşçilər üzərində qələbə qazanaraq qızıl medala sahib çıxıb.59 kq çəkidə mübarizə aparan İrina Netreba belarus, rus və bolqar güləşçi ilə görüşdən qalib çıxıb və turnirin qızıl medalını qazanıb.59 kq çəkidə digər bir təmsilçimiz Alyona Kolesnik isə bürünc medala sahib olub. Digər bir təmsilçimiz Anna Belyayeva 63 kq çəki dərəcəsində bürünc medalı qazanıb.Turnirdə iştirak edən digər təmsilçilərimiz 67 kq çəkidə Natalya Palamarçuk və 72 kq çəkidə Səbirə Əliyeva bürünc medal görüşündə uduzub və 5-ci yerlə kifayətləniblər.Xatırladaq ki, turnirdə Azərbaycanı yalnız qadın güləşçilərimiz təmsil ediblər.
OXŞAR XƏBƏRLƏR