Güləşçimiz erməni idmançını məğlub etdi, Avropa çempionu oldu

Güləşçimiz erməni idmançını məğlub etdi, Avropa çempionu oldu
İDMAN
11:05 04.07.2013
1756

Makedoniyanın Skopye şəhərində gənclər arasında güləş üzrə Avropa çempionatı davam edir. Azerisport.az xəbər verir ki, çempionatın ikinci günündə 55, 66, 84 və 120 kq çəki dərəcəsində gənc yunan-Roma güləşçiləri mübarizəyə qoşulub. Güləşçilərimiz günü 1 qızıl və 2 bürünc medalla başa vurublar.   55 kq 1/8 finaldan mübarizəyə başlayan Sakit Quliyevin rəqibi polşalı Przemislav Piatek olub.  Rəqibinə heç bir şans verməyən (7:0) Sakit 1/4 finala vəsiqə qazanıb. Bu mərhələdə güləşçimizin rəqibi Rusiya təmsilçisi Aram Akopyan olub. Tam üstünlüklə (5:0) qalib gələn Sakit Quliyev yarımfinala vəsiqə qazanıb. Final yolunda Sakitin rəqibi Türkiyəli Şerif Kılıç (9:0) məğlub edib. Finalda rəqib Moldova güləşçisi Aleksandru Biciu üzərində də inamlı (8:0) qələbə qazanan Sakit Quliyev Avropa çempionu adına layiq görülüb.   66 kq Ruhin Mikayılov da 1/8 final mərhələsindən mübarizəyə başlayıb. Bolqar idmançı Rosian Dermanskini (11:2) məğlub edən güləşçimizin 1/4 finalda rəqibi gürcü Firuz Tsulukidze olub. 4:3 hesablı qələbə ilə Ruhin Mikayılov yarımfinala vəsiqə qazanıb. Bu dəfə rəqib Rusiya təmsilçisi Artyom Surkov üstün olub. Ruhin Mikayılov bürünc medal uğrunda güləşəcək. Həlledici görüşdə macar Mişel Daheri təmiz qələbə ilə (5:0) məğlub edən Ruhin Mikayılov Avropa çempionatının bürünc medalına sahib olub.    84 kq Orxan Nuriyev ilk görüşündə Makedoniya təmsilçisi Timur Hamikoyevlə qarşılaşıb. Gərgin keçən qarşılaşmadan Orxan (5:4) qalib ayrılıb. 1/4 finalda onun rəqibi Rumıniya təmsilçisi Dorian Parvan olub, ancaq növbəti mərhələyə keçə bilməyib. Rumın güləşçinin finala yüksəlməsi Orxan Nuriyevə bürünc medal qazanmaq şansı verib. Əvvəlcə təsəlliverici görüşdə erməni güləşçi Harutyun Mikayelyanı (4:0) üstələyən güləşçimiz bürünc medal görüşünə fransız güləşçi Samba Dionq ilə çıxıb. Görüşün yekununda qalib (5:4) Orxan Nuriyev olub və Avropa çempionatının bürünc medalına sahib olub.    120 kq Abbas Abdullayevin ilk rəqibi isə Almaniya güləşçisi Kristian Con olub. Tam üstünlüklə (7:0) qalib gələn güləşçimizin 1/4 finalda rəqibi rusiyalı Sergey Semyonov olub. Abbas Abdullayev görüşdən (6:2) məğlub ayrılıb.  Rəqib də növbəti mərhələdə uduzduğundan Abbas Abdullayev Avropa çempionatında mübarizəni medalsız başa vurub.   Xatırladaq ki, çempionatın ilk günündə yunan-Roma güləşçilərimiz 1 gümüş və 1 bürünc medal qazanıb.   Ümumilikdə 1 qızıl, 1 gümüş və 3 bürünc medal qazanan yunan-Roma güləşçilərimiz çempionatı uğurla başa vurublar. 

OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
14:14 21.08.2026
İmran Xan tibbi müayinədən sonra həbsxanaya qaytarılıb
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
14:09 21.08.2026
Prezident: İşğaldan azad edilmiş ərazilərimizdə bərpa və tikinti işlərinə göstərilən dəstəyə görə Şavkat Mirziyoyevə minnətdarlığımızı bildiririk
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
14:07 21.08.2026
İlham Əliyev: Azərbaycanla Özbəkistan arasında tranzit daşımalarında artım müşahidə olunur
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
14:06 21.08.2026
“Diplomatiya”, “Çərpələng uçuran”… – Deputatlar sonuncu dəfə hansı kitabı oxuyublar?
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
14:04 21.08.2026
Prezident: Azərbaycanla Özbəkistan arasında ticarət dövriyyəsi üç dəfədən çox artıb
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
13:50 21.08.2026
İlham Əliyev Özbəkistanın Milli İnformasiya Agentliyinə müsahibə verib
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
13:35 21.08.2026
Polis olmaq istəyənlərin NƏZƏRİNƏ
İnsanlar niyə yalan danışır?
13:28 21.08.2026
İnsanlar niyə yalan danışır?
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
13:20 21.08.2026
Ünvanlı sosial yardım bu tarixdə veriləcək
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
13:06 21.08.2026
Çin ordusu süni intellektə keçir: Müharibələrin gələcəyi dəyişir
Elektron sənəd qəbulunun müddəti uzadıldı
13:04 21.08.2026
Elektron sənəd qəbulunun müddəti uzadıldı
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
13:03 21.08.2026
Növbəti 4 gündə dəhşətli istilər olacaq - XƏBƏRDARLIQ
Narkotiklə bağlı cinayət törədənlərin sayi
12:58 21.08.2026
Narkotiklə bağlı cinayət törədənlərin sayi
Çüdoçumuz dünya çempionu oldu
12:52 21.08.2026
Çüdoçumuz dünya çempionu oldu
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
12:46 21.08.2026
Laçında I Qarabağ müharibəsinin itkin-şəhidi Cümşüd Məmmədov dəfn edilib
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib
12:39 21.08.2026
Neftçalada I Qarabağ müharibəsinin itkin-şəhidi Sərdar İsmayılov dəfn edilib