Güllələndiyi xəbəri yayılan Xoşqədəm danışdı - VİDEO

Güllələndiyi xəbəri yayılan Xoşqədəm danışdı - VİDEO
Bütün Xəbərlər
23:00 26.05.2014
3395
Xəbər verdiyimiz kimi, ATV telekanalında yayımlanan "Səni axtarıram" verilişinin çəkiliş qrupunun avtomaşınının Suriyanın Hələb şəhərində çəkilişlər zamanı atəşə tutulması ilə bağlı məlumat yayılıb.
AZXEBER.COM xəbər verir ki, teleaparıcı hadisədən sonra ATV-də "Xəbərlər" proqramına telefonla qoşulub. O bildirib ki, hər şey qaydasındadır və təşvişə ehtiyac yoxdur: "Günorta saatlarında televiziyaya canlı qoşulmuşduq. Bu zaman atəş səsləri eşidildi. Mən də məcbur olub telefonu söndürdüm, ancaq bizim maşına güllə dəydi. Tez ərazini tərk etdik və bir neçə saat telefonu bağlı saxladıq. Hazırda çəkilişimiz davam edir və hər şey öz qaydasındadır. Narahatçılığa səbəb yoxdur".
Teleaparıcının sözlərinə görə, onların avtomobili həqiqətən atəşə tutulub və onlar 2 saat Bakıyla əlaqə saxlaya bilməyiblər.
Həmin açıqlamanı təqdim edirik:
OXŞAR XƏBƏRLƏR