Xəbər verdiyimiz kimi, Birləşmiş Ukrayna Azərbaycanlıları Konqresinin sədri, Ukrayna Millətlər Assambleyasının prezidenti, iş adamı Rövşən Tağıyev güllələnib.
Ukraynada yaşayan həmvətənlərimizin AZXEBER.COM-a verdiyi məlumata görə, Rövşən Tağıyev əməliyyatdan çıxıb və vəziyyəti yaxşıdır.
Xatırladaq ki, hadisə bu gün Ukrayna vaxtı ilə axşam saat 17 00 radələrində Kiyevin mərkəzi Padol rayonunda baş verib. Naməlum şəxslər maşınından düşmək istəyən R. Tağıyevə nömrəsiz xarici markalı maşınla yaxınlaşaraq, qəflətən tapançadan atəşə tutublar, onun yıxıldığını görüb hadisə yerini tərk ediblər.