Gülsel Səfərova: 'ADNA-dakı terrorun ildönümündə siyasi çağırışlar etməsi ölkədə aranı qatmağa hesablanıb'

GƏNCLİK
16:20 30.04.2013
1957

“Azərbaycan Dövlət Neft Akademiyasında (ADNA) baş verən terror hadisəsini heç zaman unutmayacağıq. Bu terror hadisəsi bir daha göstərdi ki, heç bir dünya dövləti, o cümlədən Azərbaycan terrordan sığorta olunmayıb”.Bu sözləri Editor.az-a açıqlamasında Azərbaycanlı Gənclərin Avropaya İnteqrasiya Təşkilatının (AGAT) sədri Gülsel Səfərova söyləyib.

Onun sözlərinə görə, bəzi müxalifyönümlü gəncin bu hadisələri siyasiləşdirmək cəhdləri təəssüf doğurur: “Dünyanın aparıcı dövlətlərində, ABŞ, Avropa, Rusiya, keşmiş postsovet ölkələrində mütəmadi olaraq terror aksiyaları həyata keçirilir. Azərbaycanda hüquq mühafizə orqanlarının ayıq-sayıqlığı, ictimai asayişin və sabitliyin ən yüksək səviyyədə təmini ölkəmizi bu kimi hallardan kənarda qoyub. Son 20 ildə yalnız bir dəfə – ADNA-da terror aksiyasının törədilməsi bunun bariz nümunəsidir. Hadisə baş verəndən sonra dövlət qurumları məsələyə sərt reaksiya verərək, aidiyyatı istintaq hərəkətləri apararaq, günahkarları cəzalandırdı. Fürsətdən istifadə edib, terror hadisəsi zamanı həlak olan gənclərin ailələrinə bir daha başsağlığı verirəm. Müxalif gənclərin hadisəni siyasiləşdirmək cəhdlərinə gəlincə, təəssüf ki, onlar fürsət gözləyirlər və ADNA-dakı terrorun ildönümündə siyasi çağırışlar etməsi ölkədə aranı qatmağa hesablanıb. Mən onları bu cür ziyanlı vərdişlərdən çəkinməyə çağırıram”.

OXŞAR XƏBƏRLƏR