20 avqust tarixində “İRƏLİ” İqtisad Mərkəzinin həyata keçirdiyi “İdeya Mən`lər" layihəsi çərçivəsində növbəti seminar baş tutub.
"İRƏLİ" Gənclik Mərkəzində baş tutan seminarın qonağı Park Bulvar AVM-nin PR meneceriGünay Malikqızıolub.
Seminarda iştirakçılara müxtəlif obyektlərin, xüsusilə ticarət mərkəzlərinin PR işinin aparılması barədə məlumat verilib. Bundan əlavə PR menecer iştirakçılara hədəf kütləsinin seçilməsinin, müştəri məmnuniyyətinin, ticarət mərkəzlərinin yerləşmə məkanının və brendlərin önəmi, eləcə də fors major hallarında PR menecerin davranış qaydaları haqda danışıb.
Seminarda həmçinin press-relizlərin yazılma qaydalarından bəhs olunub.
Görüşün sonunda qonaq layihə iştirakçılarını maraqlandıran sualları ətraflı cavablandırıb.
Xatırladaq ki, “İdeya Mən`lər" layihəsinin əsas məqsədi gənc menecerlərin hazırlanmasıdır.