Gün.Az informasiya agentliyinin 2 yaşı tamam olur

Gün.Az informasiya agentliyinin 2 yaşı tamam olur
MEDİA
13:00 02.05.2013
1464

Mayın 2-i Gün.Az informasiya agentliyinin fəaliyyətə başlaması günüdür.

2013-cü ildə fəaliyyətimizin 2 ili tamam olur.Yaranmasından çox qısa bir vaxt keçməsinə baxmayaraq, bu gün Gün.Az Azərbaycanın media məkanında xüsusi yerə malikdir.Fəaliyyətə başladığı ilk gündən etibarən oxucusuna operativ və qərəzsiz xəbərləri çatdırmağı, Azərbaycanın media məkanında mövcud olan boşluqları doldurmağı qarşısına məqsəd qoyan Gün.Az-ı başqa informasiya agentliklərindən və xəbər portallarından fərqləndirən cəhətlər də az deyil.Belə ki, ənənəvi kateqoriyalardan başqa bir neçəsi var ki, bunlara əksər saytlarda rast gəlmək demək olar ki, mümkün deyil.Belələrindən biri “Din” kateqoriyasıdır. Adından da göründüyü kimi insanların dini maarifləndirilməsinə, mövhumatçılıqdan uzaqlaşdırılmasına, dini dəyərlərimizin qorunmasına və təbliğinə xidmət edir.Bundan başqa, “Din” kateqoriyasında ilk dəfə olaraq Azərbaycanda yerləşən məscidlərin tarixinə həsr olunan ayrıca rubrika da yaradılıb. Faktiki olaraq məscidlərin tarixi ilə bağlı elektron kataloq rolunu oynayan bu rubrika məscidlərimizin tarixini öyrənənlər üçün və gələcəkdə çox dəyərli bir töhfə ola bilər.“Avto” kateqoriyası da saytımızın özəl kateqoriyalarından sayılır. Bu kateqoriyada Azərbaycanda avtomobil bazarı, ölkəmizə yeni gətirilən avtomobillər, ümumiyyətlə, avtomobillərlə bağlı ən müxtəlif xəbərlərlə tanış ola bilərsiniz.“Yeni nəsil” kateqoriyası da saytımızın, necə deyərlər, eksklüziv kateqoriyalarındandır. Bu kateqoriya adından da göründüyü kimi sırf gənclərə həsr olunub və Gün.Az-ın gənclərə olan diqqətinin bariz nümunəsi sayıla bilər. Burada gənclər, onların ölkənin ictimai-siyasi həyatındakı rolu, gəncləri narahat edən problemlər, dövlətin gənclər siyasəti və s. haqqında məlumatlar yerləşdirilir.Göründüyü kimi, Gün.Az media məkanında kifayət qədər yeniliklər edən, öz dəsti-xətti ilə seçilən bir agentliyə çevrilə bilib.Bu 2 il ərzində əməkdaşlarımız müxtəlif jurnalist müsabiqələrində qalib olmağı və ya mükafata layiq yerləri tutmağı bacarıblar.Hazırda Gün.Az-ın saytına gündəlik 20-24 min internet istifadəçisi daxil olur.Gün.Az kollektivi olaraq bundan sonra da yeni uğurlara imza atmaq üçün, oxucuları operativ xəbərlərlə təmin etmək üçün əlimizdən gələni əsirgəməyəcəyik.

OXŞAR XƏBƏRLƏR