Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq

Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
SAĞLAMLIQ
11:23 09.10.2026
211
Gündə 7-8 saat ekrana baxmaq gözlərdə hansı problemlərə səbəb olduğu açıqlanıb.

AZXEBER.COM xəbər verir ki, gün ərzində fasiləsiz olaraq 7-8 saat ekrana baxmaq göz yorğunluğu və bulanıq görmə kimi problemlərə səbəb ola bilər.

Həkim Samirə Qələndərli bildirib ki, uzun müddət ekran qarşısında qalmaq günün sonunda gözlərdə narahatlıq yarada bilər.

Onun sözlərinə görə, ekranla göz arasındakı məsafənin düzgün seçilməməsi və yanlış oturuş da göz yorğunluğunu artıran amillərdəndir.


Həkim qeyd edib ki, aşkarlanmamış astiqmatizm, miopiya və presbiopiya kimi görmə qüsurları da ekran qarşısında daha çox hiss oluna bilər.
 
Cəmalə
OXŞAR XƏBƏRLƏR