Cavab: Şəriət baxımından səfər şərtlərinə cavab verən məsafədə və müddətdə yola çıxan adam vətəninə qayıdana kimi namazlarını qəsr şəklində qılmalıdır. Əhli-sünnə məzhəbində namazı bütöv ya qəsr qılmaq insanın öz ixtiyarındadır, amma qəsrlə qılsa daha yaxşıdır. Cəfəri məzhəbində səfər zamanı namazlar mütləq qəsrlə qılınmalıdır, bütöv şəkildə qılınsa batildir. Qəsrin mənası budur ki, bütün 4 rükətli namazlar 2 rükət şəklində qılınır. Niyyətdə “filan namazı qəsrlə qılıram, qürbətən iləllah” deyilir. 2 və 3 rükətlik namazlar olduğu şəkildə, heç bir dəyişiksiz qılınır.
islam.az