AZXEBER.COM-un məlumatına görə, tanınmış telejurnalistlər Ayşə Kərimova və Ramal Hüseynovun aparıcısı olduğu "Gündən günə" tok-şousunda bu həftə "Dəyişən simalar, dəyişməyən səslər" müzakirə olunacaq.
Verilişdə Azərbaycanın xalq artisti Akif İslamzadə, Əməkdar incəsənət xadimi Faiq Sücəddinov, tanınmış jurnalist İradə Tuncay, "SOY production"un rəhbəri Oqtay Ağayev, HOST qrupunun üzvü AİD, "Tin Uşaqları" qrupu, jurnalistlər, tələbələr iştirak edəcək.
Qeyd edək ki, “Gündən-günə” verilişi hər həftənin cümə axşamı saat 23.00-da Xəzər televiziyasında yayımlanır. Veriliş Azərbaycan televiziya məkanında bir çox uğurlu layihələrə imza atan “MZ production” tərəfindən hazırlanıb.
AZXEBER.COM verilişin anonsunu təqdim edir.