Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi vacibdir

Gündüz İsmayılov: Gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi vacibdir
SOSİAL
10:14 09.10.2026
158
"Bu gün cəmiyyətimizin ən aktual problemlərindən biri məhz gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasıdır”.

AZXEBER.COM xəbər verir ki, bu sözləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Gündüz İsmayılov Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tərəfindən "Gənc nəslin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsi” mövzusunda keçirilən konfrans zamanı deyib.

 O qeyd edib ki, ailənin və cəmiyyətin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasındakı rolu istiqamətində müzakirələr aparacağıq:

"Biz milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması dedikdə təkcə gənclərimizin vətənpərvərlik ruhunda tərbiyə olunmasını və yaxud gənclərimiz arasında dilimizə, dinimizə sağlam münasibətin formalaşmasını nəzərdə tutmuruq. Eyni zamanda gənclərlə iş istiqamətində, xüsusilə sosial şəbəkələr vasitəsilə bu prosesin aparılması, bununla yanaşı, ailənin və cəmiyyətin gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunmasındakı rolu istiqamətində müzakirələr aparacağıq. Təbii ki, əgər söhbət gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyəsindən gedirsə, burada din xadimlərinin, dini icmaların da rolu olduqca əhəmiyyətlidir. Bu baxımdan konfransın əsas iştirakçıları Gənclər və İdman Nazirliyinin, gənclər təşkilatlarının, yerli strukturların nümayəndələri ilə yanaşı, ölkəmizin bütün bölgələrindən olan din xadimləri, dini icma sədrləri, eyni zamanda bu prosesdə aktiv iştirak edən ilahiyyatçılardır”.

"Əsas mövzularımız isə ailə, təhsil və cəmiyyətin, eyni zamanda dini icmaların, dini konfessiyaların bu prosesdə iştirakını müzakirə etmək, bu sahədə fəaliyyətimizi daha sıx və effektiv şəkildə koordinasiya etməkdir. Eyni zamanda sosial şəbəkələrdə medianın imkanlarından istifadə edərək gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması istiqamətində işimizi daha da gücləndirmək əsas məqsədlərimizdəndir.
Biz bu prosesdə, qeyd etdiyim kimi, dini icmaların və din xadimlərinin roluna xüsusi önəm veririk. Bu baxımdan hesab edirik ki, din xadimləri və dini icmalarla işimizin daha da gücləndirilməsinə bu gün olduqca böyük ehtiyac var.
Bir sözlə, gənclərin milli-mənəvi dəyərlər ruhunda tərbiyə olunması günümüzün ən aktual məsələlərindən biridir və biz bu istiqamətdə aidiyyəti qurumlarla işimizi daha da gücləndirəcəyik”,-deyə sədr müavini bildirib.

Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
11:47 09.10.2026
Türkmənbaşıda MDB Dövlət Başçıları Şurasının geniş tərkibdə iclası keçirilir
MDB-nin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum oldu
11:46 09.10.2026
MDB-nin qeyri-formal sammitinin keçiriləcəyi tarix məlum oldu
Göz yorğunluğunu azaltmağın QAYDASI
11:43 09.10.2026
Göz yorğunluğunu azaltmağın QAYDASI
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
11:36 09.10.2026
Ölkədə orta aylıq əməkhaqqı 1 200 manata yaxınlaşıb
Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
11:23 09.10.2026
Gündə 7-8 saat ekrana baxmaq gözlərə necə təsir edir? - Həkimdən xəbərdarlıq
Azərbaycanda əhalinin gəlirləri artıb
11:19 09.10.2026
Azərbaycanda əhalinin gəlirləri artıb
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
11:13 09.10.2026
Dərsə getməyən şagirdlərin valideynləri cərimələnəcək? - VİDEO
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
11:08 09.10.2026
Qaradağda əsgərləri daşıyan avtobus aşdı - VİDEO
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
11:00 09.10.2026
“Ailə uşaqların tərbiyəsinə televiziya və dərslərdən daha çox təsir edir”
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
10:54 09.10.2026
Cəbrayılda minaya düşən şəhid atasının vəziyyəti açıqlandı
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
10:50 09.10.2026
İlham Əliyev: "Laçında keçirilən tədbirlər bu bölgənin tarixi ilə yaxından tanış olmağa imkan verdi"
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
10:48 09.10.2026
Prezident: "Azərbaycan 2028-ci ildə MDB-yə sədrliyi öz üzərinə götürməyə hazırdır"
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
10:46 09.10.2026
Azərbaycanın Mərkəzi Asiya ilə strateji tərəfdaşlığı: yeni əməkdaşlıq mərhələsi
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
10:45 09.10.2026
"Məqsədimiz Azərbaycan üzərindən yükdaşımaların həcmini hər istiqamət üzrə 15 milyon tona çatdırmaqdır"
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
10:44 09.10.2026
Komitə sədri: Gənclər milli-mənəvi dəyərlərə bağlı olmalıdır
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”
10:39 09.10.2026
Ramin Məmmədov: “Dünyəviliklə dini-mənəvi dəyərlər arasında ziddiyyət yoxdur”