Günel İbrahimin təlimləri başlayır

GƏNCLİK
16:30 04.04.2014
1989
Azərbaycan Gənclərinin Avropaya İnteqrasiyası Təşkilatı, bildiyiniz kimi, 4 ildən artıqdır, Biznes etikası movzusunun təbliğatı ilə məşğuldur. Ilk təlimlər layihələr çərçivəsində həyata keçirilmişdir. Lakin gənclərin yüksək maraqlarını gördükdən sonra, bu mövzunu daha da genişləndirərək, internet tv-lərdə veriliş formatında təlim hazırlamağa başlanılmışdır.Muxtəlf mövzularda hazırlanan təlim-verlişlərdə, nəinki, etik qaydalar, həm də fərdi inkişafa dair biliklər verilir. CV necə yazılmalıdır, işə qəbul zamanı musahibədən uğurlu nəticə almaq üçün nə etmək lazımdır, həmçinin, diplomatik protokol qaydaları, geyim ve dress-kod, uğurlü duşuncənin formalaşması və digər xüsusi movzular daha geniş auditoriyaya açıqlandı və bu gun yuksək reytinglə izlənməkdə davam edir. Bu gostərici çox sevindiricidir. Çunki bu təlimləri izləyən auditoriya inkişafa doğru seçim edənlərin yoludur. Bu yolda kəmiyyət etibarilə say artdıqca, keyfiyyət gostəricisinin yuksəlişini də izləmək olur. Bildiyiniz kimi, “Eurovision-2012” Azərbaycan, “İGF- 2012” Bakı kimi beynəlxalq tədbirlərdə Beynəlxalq etiket uzrə rəsmi təlimçi olmuşdum. Ümumi birləşdirsək, 2000-dən artıq könullu xidmət və isçi heyətinə təlim demişdim. Muşahidələrim və nəticələrim onu gostərdi ki, daxilimizdə olan mədəniyyəti, olduğu kimi təqdim edə bilmək istəyimiz və bacarığımı var. Milli kimliklə bərabər, beynəlxalq etiketi təqdim edə bilmək qabiliyyəti də əvəzedilməz müsbət təəsurat yaradır və yaddaşlarda qalır. Ozunu doğru ifadə edə bilmək qabilyyətinə malik olmaq üçün hal- hazırda təlimlərimiz davam edir. Onu da mutləq qeyd etməliyəm ki, Böyük Britaniyanın Kommersiya Meneсmenti Institutunda effektiv danışıqlar proqramı üzrə təlimlərə başlayırıq. "İlk 5 dəqiqə", "Uğurlu danışıqların sirri","Xarizmatik natiq ", "Formula:Motivasiya = mən + fizika", "Liderlik- təsir mexanizminin inkişafı" təlimlərini aparacam.Təlimin sonunda 3 saat davam edən yazılı imtahanın uğurlu nəticəsi kimi “Diploma in Business Communications” ixtisas sənədi veriləcək. Bu imkanları, artiq, ölkəmizdən kənara çıxmadan belə əldə etmək mumkun olacaq.

OXŞAR XƏBƏRLƏR