Günel Səfərovanın deputatlığa namizədliyi qeydə alınmadı

Günel Səfərovanın deputatlığa namizədliyi qeydə alınmadı
Bütün Xəbərlər
02:39 25.09.2015
2436
21 saylı Nəsimi birinci seçki dairəsi Ümid partiyası tərəfindən namizədliyi irəli sürülmüş “125-lər siyasi klubu”nun sədr müavini Günel Səfərovanın namizədliyini qeydiyyata almaqdan imtina edib. 
AZXEBER.COM cebhe.info-ya istinadən xəbər verir ki, 23 sentyabrda Dairə Seçki Komissiyası belə bir qərar qəbul edib. Beləliklə də seçkinin ilk sürprizi baş verdi. Namizədin qərargahından verilən məlumata görə, iclasın 23 sentyabr 2015-ci il saat 17.00-da keçirilməsinə baxmayaraq, protokolda iclasın guya 22 sentyabrda keçirildiyi qeyd edilib. Yaqin ki, bu mövqeyimizdən sonra sonra bunun texniki səhv olduğunu iddia edəcəklər. 
Onda belə bir sadə sual yaranır - Görəsən texniki olaraq biz imza tarixində ili, ayı, günü səhv göstərmiş olsaydıq, bu qəbul olunardımı? Təbii ki, yox. Qeydiyyatdan imtina üçün əsas kimi qəbul olunan şərt isə daha çox maraqlıdır. Seçki komissiyasının iddiasına gör, guya imza toplayan şəxs barədə DSK-ya əvvəlcədən məlumat verməmişik və buna görə də 350 imza etibarsız hesab edilib. Sorğumuza cavab olaraq isə bu fikirlərini əsaslandırmaq üçün Seçki Məcəlləsində bunu nə qədər istəsələr də axtarıb tapa bilmədilər. Vəziyyətdən çıxmaq üçün Seçki Məcəlləsinin 57.4 maddəsinə istinad etdilər ki, o tələbi də biz pozmamışıq. Namizədin qərargahından verilən məlumata görə, mübarizə davam edəcək və imtinadan şikayət veriləcək. 
DSK sədrinin və katibinin vəzifə səlahiyyətlərini aşmaq və bilərəkdən sənədləri saxtalaşdırmaq maddəsi ilə cinayət məsuliyyətinə cəlb olunması da fəaliyyətin əsas istiqamətlərindən biri kimi nəzərdə tutulur. Günel Səfərovanın qərargahından verilən açıqlamada bildirilir ki, seçkinin bu mərhələsində DSK-sədrinin və katibinin vəzifədən uzaqlaşdırılması üçün ölkə prezidentinə də müraciət ediləcək
OXŞAR XƏBƏRLƏR