Günəşlidə işıq olmayacaq

Günəşlidə işıq olmayacaq
SOSİAL
09:23 01.05.2026
205
Elektrik enerjisinin verilişində keyfiyyət göstəricilərinin artırılması və artan yük tələbatının qarşılanması məqsədilə mayın 1-də Suraxanı Rayon Enerji Təchizatı və Satışı İdarəsinin (RETSİ) ərazisində Transformator Məntəqəsində (TM) iməclik işləri aparılacaq.

Bu barədə AZXEBER.COM-a "Azərişıq" ASC-dən məlumat verilib.

Bununla əlaqədar olaraq saat 10:00-dan 12:00-dək Günəşli qəsəbəsində yerləşən AB yaşayış massivi Abbas Fətullayev küçəsinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. İməclik işləri yekunlaşdıqdan sonra həmin ərazi daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.
OXŞAR XƏBƏRLƏR