Günün ikinci əsgər itkisi

Günün ikinci əsgər itkisi
Bütün Xəbərlər
11:22 05.08.2014
5645
Məmmədov orduya Ağstafa rayonundan çağırılmışdı.
Azərbaycan Ordusunda daha bir silahlı insident olub.
AZXEBER.COM APA-ya istinadən xəbər verir ki, hadisə Müdafiə Nazirliyinin Beyləqan rayonunda yerləşən “N” saylı hərbi hissəsində qeydə alınıb.
Hərbi hissənin əsgəri, 1992-ci il təvəllüdlü Cavid Cəlil oğlu Məmmədov avtomat silahdan ehtiyatsızlıqdan açılan atəş nəticəsində dünyasını dəyişib.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.
Faktla bağlı Hərbi Prokurorluq tərəfindən cinayət işi başlanıb, araşdırma aparılır.
Qeyd edək ki, C.Məmmədov Ağstafa rayonundan həqiqi hərbi xidmətə çağırılıb.
OXŞAR XƏBƏRLƏR