“Gürcüstan Azərbaycan jurnalistlərin gözü ilə” adlı buklet çap edilib

“Gürcüstan Azərbaycan jurnalistlərin gözü ilə” adlı buklet çap edilib
MEDİA
16:25 10.12.2014
1115

Gürcüstan Gənclər və Uşaqların İnkişafı Fondunun maliyyə dəstəyi, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin Gənclər şöbəsinin həyata keçirdiyi “Gürcüstan Azərbaycan jurnalistlərin gözü ilə" adlı layihəsindən bəhz edən informasiya bukleti işıq üzü görüb.

Bu barədə məlumat AZXEBER.COM-a Azərbaycanlıların Mədəniyyət Mərkəzindən daxil olub.

Bildirilib ki, bukletdə layihə haqqında ətraflı məlumat verilib. Azərbaycan KİV-də layihə haqqında təəssüratlarını bölüşən jurnalistlərin fikirləri bukletdə öz əksini tapıb. Gürcüstanın gənclər və idman naziri Levan Kipiani, Gənclər və Uşaqların İnkişafı Fondunun rəhbəri İrakli Jorjoliani, Azərbaycan-Gürcüstan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri, Milli Məclisin üzvü Qənirə Paşayeva, Azərbaycanlıların Mədəniyyət Mərkəzinin sədri Fazil Həsənov və layihə rəhbəri AMM-Gənclər şöbəsinin rəhbəri Nərgiz Əliyeva kitabçada layihə haqqında düşüncələrini bölüşüblər.

OXŞAR XƏBƏRLƏR