"Avropa Şurasının qətnaməsində təqribən belə yazılıb ki, münaqişə genişmiqyaslı hərbi əməliyyatlar mərhələsinə Saakaşvili rejiminin Tsxinvalı bombalamasından sonra başlayıb”.
Bunu Gürcüstanın Baş naziri İrakli Kobaxidze Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə bağlı jurnalistlərə açıqlamasında deyib.
O qeyd edib ki, münaqişənin müharibəyə çevrilməsi Saakaşvili rejiminin müharibəyə başlaması deməkdir.
"Təəssüf ki, qətnamədə Saakaşvili rejimi yazılmayıb, Gürcüstan tərəfi yazılıb”, - Kobaxidze əlavə edib.
/apa











































