Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına - Rəsmi Bakıdan reaksiya

Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına - Rəsmi Bakıdan reaksiya
SİYASƏT
16:21 25.09.2026
181
"Gürcüstan Patriarxlığının Azərbaycanın ərazisində yerləşən Kürmük məbədi ilə bağlı verdiyi son açıqlama Azərbaycan ilə Gürcüstan arasında mövcud olan dostluq, tərəfdaşlıq və mehriban qonşuluq münasibətlərinin ruhuna ziddir”​.

AZXEBER.COM xəbər verir ki, bu fikilər Azərbaycan Xarici İşlər Nazirliyinin ölkəmizin ərazisində yerləşən Kürmük məbədinə dair Gürcüstan Patriarxlığının açıqlaması ilə bağlı bəyanatında yer alıb. 

"Azərbaycan ərazisində yerləşən coğrafi və tarixi toponimlərin digər adlarla təqdim edilməsi qəbuledilməzdir.

Azərbaycan hər zaman Gürcüstanın ərazi bütövlüyünə və suverenliyinə hörmətlə yanaşıb. Eyni zamanda, Gürcüstan tərəfinin də Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə eyni münasibət sərgiləməsi iki ölkə arasında formalaşmış strateji tərəfdaşlıq münasibətlərinin mühüm əsasını təşkil edir.

Məhz bu baxımdan, Gürcüstan Patriarxlığının Azərbaycanın ərazi bütövlüyünə və suverenliyinə münasibətdə ərazi iddialarını ehtiva edən yanaşması anlaşılan deyil.

Dini qurumların Azərbaycan və Gürcüstan xalqları arasında əsrlər boyu formalaşmış tarixi dostluq və mehriban qonşuluq münasibətlərinə xələl gətirə biləcək yanaşmalardan çəkinməsi vacibdir.

Bununla əlaqədar, Gürcüstan Patriarxlığı tərəfindən Ermənistan kilsəsinin məlum yanaşmalarının təkrarlanması və onun yolu ilə gedilməsi məsləhət görülmür.

Azərbaycan ərazisində mövcud olan bütün tarixi, mədəni və dini abidələr Azərbaycan xalqının və Azərbaycan dövlətinin milli irsinin ayrılmaz tərkib hissəsidir”, - bəyanatda deyilir.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
17:38 25.09.2026
2027-ci il üzrə dövlət büdcəsinin layihəsi Prezidentə təqdim ediləcək
“Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?
17:36 25.09.2026
“Son 1 ədəd qalıb”: Onlayn mağazalar alıcını necə tələsdirir?
Corc Rassell: "Sıralama turu mənim üçün əla alındı"
17:33 25.09.2026
Corc Rassell: "Sıralama turu mənim üçün əla alındı"
Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub
17:26 25.09.2026
Formula 1 üzrə Azərbaycan Qran-prisində sıralama turuna yekun vurulub
Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təkliflər verib – Peskov
17:19 25.09.2026
Türkiyə Qara dənizdə təhlükəsizliklə bağlı təkliflər verib – Peskov
Ödənişi alıb yoxa çıxırlar – Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ
17:18 25.09.2026
Ödənişi alıb yoxa çıxırlar – Onlayn alış-veriş edənlərə XƏBƏRDARLIQ
TBMM sədri: “İki ayrı dövlət olsaq da, iki ayrı millət deyilik”
17:06 25.09.2026
TBMM sədri: “İki ayrı dövlət olsaq da, iki ayrı millət deyilik”
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
16:40 25.09.2026
27 Sentyabr: Zəfərə aparan yolun başlanğıcı
Dünən vəzifədən azad edilən başçı təhsil naziri təyin edildi
16:29 25.09.2026
Dünən vəzifədən azad edilən başçı təhsil naziri təyin edildi
Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına - Rəsmi Bakıdan reaksiya
16:21 25.09.2026
Gürcüstan Patriarxlığının Kürmük məbədi ilə bağlı açıqlamasına - Rəsmi Bakıdan reaksiya
“Sülhə aparan yolun başlanğıcında Azərbaycan dayanır” – Deputatdan Almaniyaya sərt mesaj
16:16 25.09.2026
“Sülhə aparan yolun başlanğıcında Azərbaycan dayanır” – Deputatdan Almaniyaya sərt mesaj
Prezidentin ali hərbi rütbə verdiyi general-mayor kimdir? - DOSYE
16:05 25.09.2026
Prezidentin ali hərbi rütbə verdiyi general-mayor kimdir? - DOSYE
“Kristal”da mənzil almaq üçün yeni şərtlər: kreditdə faizlər endi
15:57 25.09.2026
“Kristal”da mənzil almaq üçün yeni şərtlər: kreditdə faizlər endi
Dişini çəkdirən qadın vəfat edib: Həkim səhvi, yoxsa...?
15:46 25.09.2026
Dişini çəkdirən qadın vəfat edib: Həkim səhvi, yoxsa...?
İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi
15:45 25.09.2026
İlham Əliyev Sərdar Berdiməhəmmədovu təbrik etdi
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI
15:40 25.09.2026
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin hərbçiləri təltif edilib - SİYAHI