Gürcüstana gedənlərə şad xəbər: Sentyabrdan...

Gürcüstana gedənlərə şad xəbər: Sentyabrdan...
SOSİAL
23:23 27.08.2018
18688
Qırmızı Körpü sərhəd-keçid məntəqəsində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi bu ilin sentyabrında istifadəyə veriləcək

AZXEBER.COM bildirir ki, Dövlət Gömrük Komitəsinin (DGK) mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, bu barədə avqustun 27-də Tovuz rayonunda "Bitki və bitki məhsullarının idxal və ixrac nəzarəti və bu kimi məhsulların sertifikatlaşdırılması prosesi" mövzusunda seminarın açılış mərasimində deyilib. Seminar Dövlət Gömrük Komitəsi və Gürcüstan Gəlirlər Xidmətinin əməkdaşları üçün nəzərdə tutulub. Tədbir "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafina dəstək" layihəsi çərçivəsində təşkil olunub.

Seminarda layihə rəhbəri Məzahir Əfəndiyev Dövlət Gömrük Komitəsinin gömrük xidmətlərinin təkmilləşdirilməsi istiqamətində aparılan islahatlara verdiyi töhfənin və layihənin əhəmiyyətini vurğulayıb.

O bildirib ki, layihə çərçivəsində Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin Azərbaycan və Gürcüstan tərəflərində tikilmiş Ticarətin Asanlaşdırılması Mərkəzi və sanitar, fitosanitar və baytarlıq nəzarəti üzrə laboratoriyanın rəsmi açılış mərasimləri bu ilin sentyabrında keçiriləcək.

Qeyd edildi ki, sözügedən Mərkəz və laboratoriya, eləcə də hər iki ölkənin gömrük işçiləri üçün davamlı olaraq keçirilən bu cür təlimlər regional səviyyədə ticarət imkanlarının genişlənməsinə və qida təhlükəsizliyinin təmin edilməsinə müsbət təsir göstərəcək.

Gömrük Komitəsi sədrinin müavini, gömrük xidməti general-mayoru Cavad Qasımov layihənin nailiyyətlərinə toxunub, həmçinin Azərbaycan və Gürcüstan gömrük xidmətləri arasında əməkdaşlığın gücləndirilməsi istiqamətində mühüm rolunu qeyd edib.

C.Qasımov Azərbaycanda son illər mal və nəqliyyat vasitələrinin sərhədkeçmə prosesi zamanı sanitar, fitosanitar və baytarlıq nəzarəti istiqamətində görülən işlərdən bəhs edib. O bildirib ki, Prezident İlham Əliyevin aqrar sahənin inkişafı ilə bağlı həyata keçirdiyi məqsədyönlü siyasətin nəticəsi olaraq kənd təsərrüfatı məhsullarının istehsalı və ixracı nəzərəçarpacaq dərəcədə artıb. Bu sahənin inkişafına və xüsusilə ölkənin ixrac potensialının artırılmasına gömrük orqanlarının da töhfə verdiyini diqqətə çatdıran C.Qasımov gömrük rəsmiləşdirilməsi proseslərinin asanlaşdırılması və sadələşdirilməsi, təhlükəsizliyin təmin olunması istiqamətində mühüm addımların atıldığını deyib.

Seminarı beynəlxalq ekspert, Latviyanın Qida və Baytarlıq Xidməti Sərhəd Nəzarəti Departamentinin fitosanitariya üzrə direktor müavini Kristina Romanova aparır. Təlimdə Dövlət Gömrük Komitəsinin Gömrük Nəzarətinin Təşkili Baş İdarəsi, Hava Nəqliyyatında Baş Gömrük İdarəsi və Tovuz Gömrük İdarəsinin bitki-karantin xidmətinin, Gürcüstan Gəlirlər Xidmətinin Sanitar, Fitosanitar və Baytarlıq Nəzarəti İdarəsi və Beynəlxalq əlaqələr şöbəsinin sərhəddə sanitar-fitosanitar nəzarəti bölməsinin müfəttişləri iştirak edir.

Avqustun 29-dək davam edəcək təlimdə iştirakçılar bitki sağlamlığına dair beynəlxalq standartlar, müqavilələr və Avropa İttifaqının (Aİ) hüquqi aktları, fitosanitar sertifikatlaşdırılmasının tələbləri, bitki və bitki məhsullarının ixracına nəzarət və bu kimi məhsulların sertifikatlaşdırılması, idxal olunan yüklər üzrə fitosanitar tələblərin pozulması halları ilə bağlı Aİ təcrübəsi, taxta və taxta qablaşdırma materiallarının yoxlanılması və digər mövzularda bilik və bacarıqlarını təkmilləşdirmək imkanı qazanacaq.

Xatırladaq ki, "Azərbaycan və Gürcüstan arasında Qırmızı Körpü sərhəd-keçid məntəqəsinin inkişafına dəstək" layihəsi Avropa İttifaqının maliyyə dəstəyi, BMT-nin İnkişaf Proqramı və Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin təşkilatçılığı ilə 2016-cı ildən həyata keçirilir. Layihə çərçivəsində indiyədək Qırmızı Körpü sərhəd-keçid məntəqəsində digər tədbirlərlə yanaşı, sanitar, fitosanitar və baytarlıq nəzarəti, həmçinin bitki və bitki məhsullarının idxal və ixrac nəzarəti və bu kimi məhsulların sertifikatlaşdırılması prosesinin təkmilləşdirilməsi məqsədilə Avropa və yerli ekspertlər tərəfindən gömrük əməkdaşları üçün bir sıra milli və beynəlxalq təlimlər keçirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
18:33 04.06.2026
"Qadınlar maddi nemətlərə kişilərdən daha çox hərisdir" - Ekspert
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
18:27 04.06.2026
Mourinyo Türkiyəni Avropa Məhkəməsinə verdi
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
18:08 04.06.2026
"Həmin insanlarla əlaqəni kəsmək lazımdır"
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
17:48 04.06.2026
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
17:43 04.06.2026
Azər Türk Bankın şəhid əməkdaşının xatirəsi anılıb -FOTOLAR
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
17:40 04.06.2026
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
17:11 04.06.2026
Psixoloqdan imtahan həyəcanına qarşı təsirli üsullar: Panika anında nə etmək lazımdır?
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
17:01 04.06.2026
Azərbaycan minifutbol millisindən tarixi uğur gözlənilir – Ekspertlər final öncəsi nikbindir
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
16:54 04.06.2026
Aİ-dən Ermənistana 50 milyon avroluq dəstək: “Burada sensasiya yoxdur”
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
16:37 04.06.2026
Bakıda 34 yaşlı aşpazdan məktəbli qıza qarşı nalayiq hərəkət – TƏFƏRRÜAT
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
16:23 04.06.2026
Leyla Əliyeva və Arzu Əliyeva 11 nömrəli inteqrasiya təlimli internat tipli ümumtəhsil məktəbində olublar - FOTO
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
16:02 04.06.2026
Bakıda qadın sevgilisini ağır yaraladı - Ondan ayrılmaq istəyirmiş
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
16:00 04.06.2026
Bakının mərkəzində dəhşətli qəza - Uzun tıxac yarandı
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
15:56 04.06.2026
Azərbaycanda referendum keçiriləcək? - RƏSMƏN açıqlandı
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
15:53 04.06.2026
Perinatal Mərkəzin direktoru həbs edildi - Körpələrin öldüyü yanğına görə
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı
15:51 04.06.2026
Rusiya Ermənistana sanksiya tədbiq etdi - Aİ 50 milyon yardım ayırdı