Gürcüstana qatar yolu açıldı - Bəs quru sərhədlər tam olaraq nə vaxt açılacaq?

Gürcüstana qatar yolu açıldı - Bəs quru sərhədlər tam olaraq nə vaxt açılacaq?
SOSİAL
10:59 19.05.2026
6502
Xəbər verdiyimiz kimi, Azərbaycan və Gürcüstan iqtisadiyyat, enerji və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsinə dair yeni sənədlər imzalayıb. Sənədlər Gürcüstanın Baş naziri İrakli Kobaxidzenin Bakıda keçirilən World Urban Forum 13 çərçivəsində Azərbaycana səfəri zamanı, Prezident İlham Əliyevin iştirakı ilə imzalanıb.

Sazişlər təbii qaz və elektrik enerjisinin tədarükü, tranzit imkanlarının genişləndirilməsi, eləcə də Bakı-Tbilisi-Qars dəmir yolu layihəsinin tamamlanmasını əhatə edir.

Yeni razılaşmalar gələcəkdə quru sərhədlərin açılması ilə bağlı müzakirələri yenidən gündəmə gətirib.

İqtisadçı ekspert Natiq Cəfərli AZXEBER.COM-a açıqlamasında bildirib ki, gələcəkdə quru sərhədlərin açılması mümkündür:

"İki ölkə arasında dəmir yolunun açılması quru sərhədlərin açılması deməkdir. Ümumiyyətlə, quru sərhədlər açılmalıdır. Çünki quru sərhədlərin bağlı qalması Azərbaycanın beynəlxalq imicinə və iqtisadi əlaqələrinə ziyan vurur. Əgər dəmir yolları açılacaqsa, bundan sonra quru sərhədlərinin açılması da gözləniləndir. Gələcəkdə quru sərhədlərinin açılması iqtisadiyyata və turizmə müsbət təsir göstərəcək”.
 
Şahanə Ziyad
OXŞAR XƏBƏRLƏR