Gürcüstanda dövlət bayraqları yarıya endirildi

Gürcüstanda dövlət bayraqları yarıya endirildi
DÜNYA
16:22 08.08.2026
221
Gürcüstanda 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin 18-ci ildönümü ilə əlaqədar həlak olanların xatirəsi yad edilir.

AZXEBER.COM xəbər verir ki, həlak olanların xatirəsinə ehtiram əlaməti olaraq Gürcüstan Hökumətinin Administrasiya binasının üzərində dövlət bayrağı yarıya endirilib.

Gürcüstan Baş naziri İrakli Kobaxidzenin imzaladığı qərara əsasən, ölkənin bütün ərazisində inzibati binalar üzərində dövlət bayraqları yarıya endirilib.

Qeyd edək ki, bu gün 2008-ci il Rusiya-Gürcüstan müharibəsinin başlamasından 18 il ötür.
OXŞAR XƏBƏRLƏR