Gürcüstanda Kəlbəcər girovlarının azad olunması tələbi ilə aksiya keçirilib

GƏNCLİK
17:18 30.12.2014
2343

Bu gün Ermənistanın Gürcüstandakı səfirliyinin binası qarşısında Kəlbəcərdə girov götürülmüş Dilqəm Əsgərov və Şahbaz Quliyevin azad olunması tələbi ilə aksiya keçirilib. 

AZXEBER.COM xəbər verir ki, aksiyada Bavariyadakı (Almaniya) Azərbaycan Diaspor Mərkəzinin rəhbəri Akif Məmmədov, Azərbaycanda fəaliyyət göstərən “Mərhəmət” Kimsəsizlərə Yardım İctimai Birliyinin rəhbəri İradə Nəsirova, Dilqəm Əsgərovun oğlu Kürdoğlu Əsgərov və Gürcüstan ali məktəblərində təhsil alan azərbaycanlı tələbələr iştirak edib.

Aksiya iştirakçıları əllərində Azərbaycan bayraqları, Dilqəm Əsgərov və Şahbaz Quliyevin portretlərini və müxtəlif plakatlar tutaraq səfirliyin qarşısında “Sarkisyan faşistdir!”, “Azərbaycan torpaqlarını azad edin!”, “Girovları azad edin!”, “Bizim torpaqları azad edin!” şüarlarını səsləndiriblər. Onlar Dağlıq Qarabağda keçirilən “məhkəmə” prosesinin qeyri-qanuni olduğunu və hələ də Ermənistanda azərbaycanlı əsir və girovların saxlanıldığını bəyan ediblər. Sonra aksiya iştirakçıları tərəfindən Ermənistan səfirliyinə bəyanat təqdim olunub.
İştirakçılar səfirliyin qarşısından ayrıldıqdan sonra Tiflisin mərkəzi küçələrindən biri olan Marcanişvili küçəsində eyni şüarları səsləndirərək yürüş ediblər. Aksiya insidentsiz başa çatıb.

OXŞAR XƏBƏRLƏR