Gürcüstanda koronavirusa yoluxanların sayı 25 nəfər artdı

DÜNYA
10:08 10.08.2020
1424
Gürcüstanda son sutkada koronavirusa 25 yeni yoluxma halı təsdiqlənib, daha 10 pasiyent sağalıb.

Bu barədə Gürcüstan hökumətinin xüsusi rəsmi saytında bildirilib.

Bununla da qonşu ölkədə indiyədək COVID-19 aşkarlanan şəxslərin sayı 1 250 nəfərə, sağalanların sayı isə 1 010 nəfərə çatıb. Xəstəlikdən 17 nəfər dünyasını dəyişib.

Hazırda Gürcüstan üzrə 7 068 nəfər karantində, 242 nəfər isə stasionar nəzarətdə saxlanılır. 
 
///Report

OXŞAR XƏBƏRLƏR

X Mostbet