Gürcüstanda naməlum şəxslər azərbaycanlı ailəyə işgəncə verdi - FOTOLAR

Gürcüstanda naməlum şəxslər azərbaycanlı ailəyə işgəncə verdi - FOTOLAR
DÜNYA
09:05 25.10.2012
3298
Gürcüstanın Bolnisi rayonundakı Aşağı Qoşakilsə kəndində azərbaycanlı ailəyə 5 nəfər dəstədən ibarət naməlum şəxslər tərəfindən silahlı hücum olub.APA-nın Gürcüstan bürosunun həmin kənddə olan əməkdaşının məlumatına görə, hadisə oktyabrın 21-dən 22-nə keçən gecə təxminən saat 12-dən sonra baş verib. Basqın zamanı Yasın Şirinov, onun həyat yoldaşı Nargül Şirinova, oğlu Azər Şirinov və gəlini Xəyalə Şirinova, eyni zamanda iki kiçik yaşlı uşaqlar işgəncələrə məruz qalıblar.Şirinovlar ailəsinin ağsaqqalı Yasın Şirinov açıqlamasında onun evinə basqın edənlərin silahlı dəstə olduğunu deyib: “Gecə saat 12 radələrində toydan gəlib yatmağa hazırlaşırdıq. Birdən evin qapısı zərblə açıldı. Qaranlıq otağa daxil olan silahlılar avtomatla bir neçə dəfə başımdan və üzümdən vurub çarpayıdan aşırdılar. Əlləri ilə ağzımı tutub lentlə bağladılar. Ayaqlarımı və biləklərimi arxadan bağlayıb, döşəməyə yıxdılar. Həyat yoldaşımın başını avtomatın qundağı ilə vurub yardılar. Qan tökülməyə başladı. Onu qanlı halda yorğana büküb mənim yanıma uzatdılar. Oğlumu da o biri otaqda möhkəm döydülər. Gəlinimi saçlarından tutub sürüyə-sürüyə bizim otağımıza gətirdilər və ondan pulun yerini soruşmağa başladılar. Silahlılar gürcücə danışmırdılar. Onlardan birinin ləhcəsi erməni danışığına oxşayırdı. Maskada olan silahlı dəstə 400 lariyə yaxın pul və 3 ədəd zəncir qızıl, 3 ədəd sırğa və 4 üzük alıb aradan çıxdılar. Oğlumun ağzı qanla dolduqdan sonra ağzına yapışdırılmış lent açıldı və o, ağzı ilə pəncərənin kilidini açıb qonşunu çağırdı”.Yasin Şirinovun oğlu Azər Şirinov dəstə üzvlərinin onu möhkəm döyərək dişlərini də qırdıqlarını bildirib. “Hər yerim ağrıyır. Dişlərim qırılıb. Danışa bilmirəm. Üç telefonumuzu ayaqları ilə tapdalayıb qırdılar ki, biz zəng edə bilməyək. Polis gəldikdən sonra bizi təcili yardım maşını gəlib Bolnisidəki təcili yardım məntəqəsinə apardı. Orada tibb bacıları başımıza və üzümüzə “zelyonka” çəkməklə kifayətləndilər. Anamın başının yarasını tikmədilər. Evə qayıtmağa maşın da vermədilər. Kəndə zəng vurub maşın çağırdıq”.Cinayətkarların işgəncə verdiyi Azər Şirinovun oktyabrın 24-dən çənəsində və qarın boşluğu nahiyəsində kəskin ağrılar başlayıb. Avtomatın qundağı ilə vurulduqdan sonra qarın boşluğunda qançırlar əmələ gəlib. Ayağının bud ətinə bıçaq da soxublar.Polisə zəng vurulduqdan sonra təcili yaradılan əməliyyat qrupu Yasin Şirinovun evinə gəliblər. Kriminal polis əşyayi-dəlil kimi oğruların içdikləri zoğal kompotu olan bankanı və qanlı yastıq üzünü istintaq üçün polis idarəsinə aparıblar. Evə it də gətirilib. Baş verən hadisə ilə bağlı istintaq başlayıb. Oktyabrın 24-də ailənin kürəkəni və digər qohumlar dindirilib.APA-nın Gürcüstan bürosunun əməkdaşı gecə saatlarında Bolnisi rayon polis idarəsində də olub. Polis idarəsində rəis Tamaz Mamiaşvili olmayıb. Növbətçi polis azərbaycanlı jurnalistin gəldiyi barədə ona məlumat verdikdən sonra rəis bildirib ki, polis idarəsi hələlik araşdırma aparır və rəsmi məlumat almaq üçün Gürcüstan DİN Mətbuat mərkəzinə müraciət edilməsini məsləhət görüb.Polis idarəsində işləyən detektiv David Kapanadze açıqlamasında basqın barədə xəbərdar olduqlarını, lakin konkret bir şey deyə bilməyəcəyini bildirib. Onun sözlərinə görə, aparılan operativ istintaq zamanı bəzi detallar məlum olub: “Lakin biz onu sizə deyə bilmərik. Kənddə olduq. Şirinovların vəziyyəti ilə tanışıq. İstintaq gedir, biz intensiv işləyirik. Bu cinayət qapalı bir işdir. Cinayət törədənin milliyyəti yoxdur. Ona pul və qızıl lazımdır. Fikrimcə, 90 faiz əminəm ki, bir həftədən sonra törədilən işgəncə dolu cinayət işi açılacaq”.Kənd sakinləri kənddə polis sahə müvəkkilinin olmadığını və polis idarəsinin bu kəndlə maraqlanmadığını qeyd ediblər. Sakinlər bildiriblər ki, gecələr evdən bayıra çıxa bilmirlər. Kəndin kənarından axan Xram çayının sahilində olan evlərdə əvvəllər də belə hadisələr törədildiyi bildirilib.
OXŞAR XƏBƏRLƏR
ƏN SON XƏBƏRLƏR
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
18:45 09.08.2025
NATO Azərbaycan və Ermənistan arasında barışığı alqışlayır
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
18:26 09.08.2025
Rusiya XİN Azərbaycan və Ermənistan liderlərinin ABŞ danışıqlarını şərh edib
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
18:21 09.08.2025
Ersin Tatar sülh yolunda atılan tarixi addıma görə Prezident İlham Əliyevi təbrik edib
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
18:11 09.08.2025
İlham Əliyev Ərdoğanla ABŞ səfərini müzakirə etdi
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
18:06 09.08.2025
Abşeronda evlərdən oğurluq edən 3 nəfər saxlanılıb
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
17:50 09.08.2025
Rumıniya KİV-də Azərbaycan və Ermənistan liderlərinin Vaşınqtondakı görüşü geniş işıqlandırılıb
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
17:40 09.08.2025
Özbəkistan XİN: Cənubi Qafqazda sülh böyük layihələrin başlanmasına yol açacaq
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
17:25 09.08.2025
Abşeron dairəvi marşrutu üzrə qatarların iş günü qrafikində dəyişikliklər edilir
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
17:15 09.08.2025
İspaniya XİN: Azərbaycan və Ermənistan arasında razılaşma yekun sülhə doğru həlledici addım olacaq
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
16:52 09.08.2025
Azərbaycan karateçisi Çində keçirilən Dünya Oyunlarında gümüş medal qazanıb
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
16:32 09.08.2025
Maksim Prevo: Azərbaycan və Ermənistan liderlərinin cəsarətini yüksək qiymətləndirirəm
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
16:12 09.08.2025
Livanda silah anbarında partlayış olub, 6 hərbçi ölüb
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
15:51 09.08.2025
“Azərbaycanla Ermənistan arasında unikal saziş Trampın sayəsində imzalanıb" - Tokayev
Bakıda it oğurlayan şəxs həbs edildi
15:39 09.08.2025
Bakıda it oğurlayan şəxs həbs edildi
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
15:11 09.08.2025
AŞPA sədri: Azərbaycan və Ermənistanın sülh müqaviləsini paraflamasını alqışlayırıq
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü
15:05 09.08.2025
SALOĞLU-da Fabrik Qiymətinə Kampaniyasının Son 5 Günü